Taksi duracaqlarında başqa avtomobil saxlayanlar cərimələnəcək -Azərbaycanda
Azərbaycanda taksi duracaqlarında başqa nəqliyyat vasitələrinin dayanmasına və durmasına görə cərimə müəyyənləşir.
Yenixeber.org: Bu, İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsində qeyd edilib.
Dəyişikliklə 5.14 nişanı ilə işarələnmiş minik taksilərinin duracaq yerlərində digər nəqliyyat vasitələrinin dayanmasına və ya durmasına görə 40 manat məbləğində cərimə nəzərdə tutulur.