Hacıqabul Yaşıllaşdırma Təsərrüfat Birliyi, yoxsa KORRUPSİYA YUVASI? -YTB-də saxtakarlıq, talan və fantastik MƏNİMSƏMƏ
Hacıqabul RİH-nin tabeli qurumu olan Yaşıllaşdırma Təsərrüfatı Birliyində qanunsuzluqlar və büdcə talanının olduğu ilə bağlıredaksiyamıza məlumatlar daxil olub
Yenixeber.org: Bildirilib ki, rayon Yaşıllaşdırma Birliyinin müdir müavini Lazım Kərimov rəhbərinin xeyir-duasını alaraq çox sayda qanunsuzluqlara imza atmaqdadır.
Belə ki, müdir mavininin təşkilatçılığı ilə Birliydə işçi sayının çoxluq təşkil etməsi bu qurumun “kadr məsələləri”ndən ona külli miqdarda pul qazanmaq imkanlarını da artırıb. "Adı var, özü yox" işçi personalına malik olan idarədə ikili işçi jurnalı mövcuddur. Müdir mavininin seyfində saxlanan həmin jurnala "adı var, özü yox" işçilərə ayda bir neçə dəfə gündəlik işə gəldikləri ilə bağlı imza atdırırlar. Bu redaksiyaya göndərilən tabel jurnalda da öz əksini tapıb. Bu "adı var, özü yox" işçilərin maaş kartları da müdir və müavinin kabnetində saxlanır. Guya ərizə yazaraq işdən çıxmasını istəyən bir işçini çıxmaq şərti ilə on üç nəfərdən ibarət qanunsuz işçilərin siyahısını araşdırmamızdan sonra növbəti yazıda dərc etməyə çalışacağıq. Amma, əvvala bu yazıda yeni qanunsuzluqları sadalamaq yerinə düşər.
Məlumatlı şəxs daha sonra yazır ki, müdir mavini ali təhsili işçini işdən çıxarıb yerinə şirinlik müqabilində fəhlə birisin sahə rəisi təyin etdirməkdədir. Bu təyinat yaxın bir neçə gündə həyata keçiriləcək. Bunla yanaşı Birliyinin müdir müavini Lazım Kərimov yenədə rəhbərinin xeyir, duasın alaraq dövlət tərəfindən salınan parklarda yaşıllıqların və əkilən ağacların suvarılması üçün çəkilən su xətlərini şəxsi mənafeyinə yönəldib. Yəni dövlətin yüz min manatlarla xərc çəkib, çəkdiyi xəttin suyunu, "Köfsər", "Şeş-Beş", "Tural" restoranlarına və Nəvaidə yerləşən "Metallom" adlanan zavoda aylıq yaxşı məbləğə gizli satmaqla dövlət büdcəsinə ciddi zərər vurmaqdadır. Yəni, YTB-nin rəhbəri və yardımçılarının Birlikdən illik təmiz qazancı bir neçə yüz min manatdan artıq olduğu söylənməkdədir.
Bunlardan başqa, Birliyin tərkibində fəaliyyət göstərən "Yaşıllıqtikinti” Podrat İxtisaslaşdırılmış Təmir Tikinti Müəssisəsində, Avtonəqliyyat İdarəsində, Ağac Bəzək Bitkiləri Sovxozunda, Su quyularının İstismarı və Təmiri Xidməti idarəsində də xeyli sayda korrupsiya faktları və qanunsuzluqlar ayaq açıb yeriyir.
Bütün bunların və bir çox qanunsuzluqların baş verməsindən görəsən hörmətli icra başçısının xəbəri varmı? Əgər yoxsa biz işıqlandırdıq. Tədbir görməksə ona qaldı...
Qeyd edək ki, mövuya aiyd faktlar və sənədlər tam araşdırmamızdan sonra qanuni tədbirlər görülməsi üçün Baş prokurorluğa göndəriləcək..!
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq!(kainat.tv)