Redaktor seçimi
Sahib Məmmədov Araz Paşayevi niyə və necə “xərclədi” ?! -
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Günün xəbəri

Şirvanda 13 hektar ərazi başçı İlqar Abbasov tərəfindən zəbt edilib? -DE-FAKTO

Şirvada 13 hektar ərazini zəbt etdirənlərin kimliyi məlum olub. Qalmaqalda başçının köməkçisi və bacanağı ilə müavinin adı hallanır…
Yenixeber.org: Şirvanın icra başçısı İlqar Abbasovun köməkçisi və bacanağı Etibar Yolçiyevlə müavini Orxan İbrahimov vəzifə səlahiyyətlərindən dən sui-istifadə edərək “Gəmi zavodu” deyilən ərazi ətrafında yerləşən 13 hektar torpaq sahəsini Sabirabadlı qazinin adı ilə özəlləşdiriblər.
 Şirvandan daxil olan məlumatda bildirilir ki, Şirvan şəhər Gəmi zavodu ətrafında yerləşən 13 hektar strateji torpaq sahəsini başçının köməkçisi və bacanağı Etibar Yolçiyevlə müavini Orxan İbrahimovun ələ keçirdiyi iddia edilir. İlk öncə Orxan İbrahimovun ərazini ələ keçirməsi barədə sosial şəbəkədə məlumatlar yayılmasına baxmayaraq, sonradan məlum oldu ki, başçı müavinin bu məəslədə icra başçısının tapşırığı ilə hərəkət edib və bu məsələdə ən aktiv rol alan şəxslərdən biri də başçının köməkçisi və bacanağı Etibar Yolçuyev olub.
Yayılan məlumatlarda zəbt edilən ərazinin Sabirbad rayonundan  olan bir qazinin adına sənədləşdirildiyi iddia edilir.
Qeyd edək ki, İlqar Abbasov Suraxanıda icra başçısı olarkən Etibar Yolçuyevi başçının müavini təyin edib. Suraxanıda bütün tikinti və söküntü işləri, o cümlədən bütün gəlirli sahələr başçının bacanağının nəzarətində olub. İlqar Abbasov Şirvana təyinat aldıqdan sonra isə Etibar Yolçuyev müavin vəzifəsindən azad edilib və İlqar Abbasov bu dəfə onu Şirvanda özünə köməkçi təyin edib.
Qeyd edək ki, Şirvanda “Gəmi zavodu” deyilən ərazi ətrafında yerləşən 13 hektar torpaq sahəsinin zəbt edilməsinin təfərrüatlarını daha geniş şəkildə oxucularımıza təqdim edəcəyik.(azfakt.com)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam