Redaktor seçimi
Gəncə Dövlət Universitetində baş verənlər şok edir...  Rektor Yusif Yusibovun adı ağır cinayət iddialarında: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - 
QHT-lərə Dövlət Agentliyindən Nazirlər Kabinetinə sayqısızlıq -
“Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi ifşa olunur: reklam təşkilatının nikah layihəsinə dəstək -
Qobu Bələdiyyəsinin sədrinin saxta imzası üzə çıxdı:
 Eyni QHT-lər, eyni layihələr: dövlət düdcəsi harada itir? -
“Karqo Şamil”in görünməyən üzü…
Günün xəbəri

Ucar Su Meliorasiya Sistemləri Birliyində NƏ İŞLƏR ÇEVRİLİR? -İTTİHAM VAR...

Ucar Su Meliorasiya Sistemləri Birliyində NƏ İŞLƏR ÇEVRİLİR? - İTTİHAM VAR...
"Ucar rayon Su Meliorasiya Sistemləri Birliyinə yeni təyin edilmiş rəis müavini Zaur Əzizov dövlətə məxsus böyük su boruluranı satmaqla məşğuldur".
Yenixeber.org: Bu barədə sözügedən rayondan edilən müraciətdə deyilir.
Müraciət müəllifləri daha sonra bildirir: "Artıq çoxlu sayda böyük həcmli su boruları satılmaq üçün yerlərdən qazılaraq çıxarılıb idarənin (su anbarının) həyətinə yığılıb.
Zaur Əzizovun özü ilə vəzifəyə gətirdiyi Zərdab rayon sakini Ceyran Miraslanlı operator vəzifəsində işləsə də, müdir müavini Zaur Əzizovun yanında oturub bütün işlərə nəzarət edir. Belə getsə Ucarda su boruları qalmayacaq....

Zaur Əzizov vəzifəyə gəldiyi ilk gündən Ucar rayonunda suyun verilməsi azaldılıb abonentlərdən əlavə pullar tələb olunur. Sayğaclara müdaxilələr edilir ki, bu yolla vətəndaşların cibini soya bilsinlər.Ucar Su Meliorasiya Sistemləri Birliyinin bütün texnikaları hər gün xalturaya cəlb edilir. Əldə edilən pullar Zaur Əzizov tərəfindən bölünür.
Qeyd edək ki, Ucar Su Meliorasiya Sistemləri Birliyinin müdiri Müşfiq Məmmədov rayon icra başçısı Mənsur Məmmədovun qardaşıdır.Zaur Əzizovun isə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin rəisi Zaur Mikayılovun adamı olduğu deyilir. Elə bu səbəbdəndir ki, Zaur Əzizov müdiri Müşfiq Məmmədovu saya salmır idarədə əməlli-başlı hegomonluq edir.

Ucar rayonunda suvarma sistemləri bərbad vəziyyətdədir, su kanalları vaxtlı -vaxtında təmizlənmir. İdarəyə ayrılan yanacaqlar və digər vəsaitlər satılaraq talan edilir. İllərlə təmizlənməyən kanalların ildə bir- neçə dəfə təmzilənməsinə dair saxta sənədləşmələr aparılaraq dövlətin ayırdığı vəsaiti mənimsəyirlər.
Buna görə də hüquq mühafizə orqanları Ucar Su Meliorasiya Sistemləri Birliyinin fəliyyətini araşdırıb qanunu tədbirlər görməlidilər..."(Dia-az)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam