Redaktor seçimi
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
Günün xəbəri

İrəvanın ikiüzlü siyasəti -Mümkünsüz olanı mümkün etmək cəhdi

news content

Paşinyan hakimiyyəti Aİ-yə inteqrasiya, yoxsa Aİİ-dən asılılıq kimi çətin seçim etməlidir

“Ermənistan Avrasiya İqtisadi İttifaqından çıxmağı planlaşdırmır”.

Yenixeber.org: Bunu ölkə parlamentinin spikeri Alen Simonyan bəyan edib.

Aİİ iqtisadi baxımdan Ermənistan üçün səmərəli təşkilatdır. Biz Aİİ-dən çıxmağı düşünmürük və iştirakımızı davam etdirmək istəyirik”, - deyə Simonyan jurnalistlərə bildirib.

Onun sözlərinə görə, Avropa İttifaqına üzvlüklə bağlı Ermənistan hökuməti tərəfindən təsdiq edilmiş qanun layihəsi “Ermənistan xalqının iradəsidir”.

Moskvanın bu qanuna reaksiyasını şərh edən Simonyan qeyd edib ki, Rusiya tərəfi bu məsələ ilə bağlı ciddi narahatlıq keçirməməlidir.

Ermənistanın Aİ və Aİİ ilə əməkdaşlığını müqayisə etmək hansısa problemlər yaratmamalıdır. Ermənistan və Rusiyanın birlikdə müzakirə edə bilmədiyi heç bir məsələ yoxdur. Biz bunu müzakirə edib həll yollarını tapa bilərik. Ermənistan suveren ölkədir və hansı qanunları qəbul edəcəyinə, onun maraqlarına nəyin cavab verdiyinə özü qərar verir”, - deyə parlamentin spikeri bildirib.

Nikol Paşinyanın komandasının başqa bir nümayəndəsi, Ermənistanın Xarici İşlər naziri Ararat Mirzoyan isə Aİ və Aİİ üzvlüyü arasındakı ziddiyyətlər məsələsini “sonrakı dövrə” saxlamağa üstünlük verib.
O, yanvarın 21-də Rusiya Xarici İşlər naziri Sergey Lavrov ilə keçirdiyi mətbuat konfransında qeyd edib ki, hazırda Ermənistanın Aİ-yə üzvlüyü üçün konkret tarix yoxdur. Nazir bildirib ki, hələlik söhbət təşəbbüs qrupu tərəfindən toplanmış imzalardan və buna əsaslanan qanun layihəsindən gedir.

Onun sözlərinə görə, qanun layihəsinin qəbul edilməsi gözlənilir və hakim “Vətəndaş Müqaviləsi” partiyasının fraksiyası qanun layihəsini dəstəkləyəcək. “Sonra nə olacağını sonra aydınlaşdıracağıq. Bu qanunla başqa heç nə nəzərdə tutulmur”, - deyə nazir bildirib.

Eyni zamanda, İrəvanın Aİ və Aİİ üzvlüyünü necə uzlaşdırmağı planlaşdırdığına dair suala cavab olaraq, Mirzoyan ekspertlərin burada ziddiyyətlər olduğunu düşündüklərini qeyd edib. O, əlavə edib ki, belə bir sual yaranarsa, bu məsələni müzakirə etmək mümkün olacaq.

Xatırladaq ki, Ermənistan hökuməti yanvarın 9-da respublikanın Avropa İttifaqına üzvlüyü ilə bağlı qanun layihəsini təsdiqləyib. Ermənistanın baş naziri Nikol Paşinyan bəyan edib ki, ölkənin Aİ-yə üzvlük qərarı ümumxalq referendumu yolu ilə qəbul edilməlidir.

Daha sonra Rusiya baş nazirinin müavini Aleksey Overçuk bildirib ki, Ermənistanın Aİ-yə üzvlüklə bağlı qanun layihəsini müzakirəsi ölkənin Aİİ-dən çıxışının başlanğıcı kimi qiymətləndirilə bilər. Overçuk vurğulayıb ki, Aİ və Aİİ bir-birinə uyğun olmayan qurumlardır, çünki hər iki birlik vahid gömrük sərhədinin, mal, xidmət, kapital və işçi qüvvəsinin sərbəst hərəkətinin olmamasını nəzərdə tutur.

Ermənistan iqtisadiyyat naziri Gevork Papoyan isə bildirib ki, ölkə Aİİ-dən çıxmaq məsələsini nəzərdən keçirmir. Overçuk buna cavab olaraq deyib ki, Ermənistanın Aİİ-dən çıxmaq niyyətində olmadığını bəyan etməsinə baxmayaraq, Aİ-yə üzvlüklə bağlı qanun layihəsinin təsdiqi hüquqi baxımdan əhəmiyyətli bir addımdır və Moskvada bu addım “Ermənistanın Aİİ-dən çıxışının başlanğıcı” kimi qəbul edilir.

Əslində, bir ölkənin həm Avropa İttifaqına, həm də Kremlin təsiri altında olan Avrasiya İqtisadi İttifaqına üzvlüyünün mümkünsüz olduğunu başa düşmək üçün ekspert olmaq lazım deyil. Ermənistan Putinin yaratdığı bu təşkilatda (eləcə də KTMT-də) qalmağa davam etdiyi müddətdə, Avropa Komissiyasında onu Aİ-yə dəvət etmək heç kimin ağlına belə gəlməyəcək. Amma maraqlıdır, Ermənistan rəhbərliyi bunu niyə nəzərə almaq istəmir? Axı Moskva ilə İrəvan arasında bütün siyasi fikir ayrılıqları və anlaşılmazlıqlara baxmayaraq, Ermənistanın qərbyönümlü rəhbərliyi heç də Aİİ-dən çıxmağa tələsmir. Görəsən, bu təşkilat Ermənistana nə qədər böyük fayda gətirir ki, Paşinyan və komandası Qərbin və ümumiyyətlə dünyanın gözü önündə bu ikiüzlülüyü davam etdirir, üstəlik xalq və hakimiyyətin Aİ-yə can atdığını iddia edir?

Müstəqil siyasi ekspert Nəsimi Məmmədli yaranmış vəziyyətlə bağlı fikirlərini bizimlə bölüşüb.

Onun sözlərinə görə, məsələyə iqtisadi və siyasi baxımdan yanaşılsa, real mənzərə aydın olar. “Cənubi Qafqazda ancaq Ermənistan iqtisadiyyatı tamamilə Rusiyadan asılıdır. Rəsmi İrəvan və Moskva tərəfindən dərc edilmiş statistikaya görə, son illərdə Ermənistan və Rusiya arasında ticarət dövriyyəsi təxminən üç dəfə artıb. Rusiya Ermənistanın nəqliyyat və enerji sektorlarında da mühüm rol oynayır. Rusiya hələ də Ermənistanın bir sıra strateji ərazilərinə nəzarət edir. İrəvan və Moskva arasında ritorik gərginliyə baxmayaraq, əməkdaşlıq davam edir”, - deyə politoloq vurğulayıb.

Məmmədli bildirib ki, siyasi baxımdan Moskva və İrəvan arasında müəyyən ziddiyyətlər var. “Nəzərə alaq ki, Paşinyan hökuməti hakimiyyətə Qərbin siyasi dəstəyi ilə və Ermənistan xalqının iradəsi ilə gəlib. Qərbyönümlü siyasətdən imtina etmək Paşinyan hökuməti üçün intihar olardı. Buna görə də, bu istiqamətdə ardıcıl addımlar atmağa çalışır. Ermənistan Avropa İttifaqına üzvlüyə və ABŞ ilə strateji ittifaqa can atır. Bu addımlar Rusiyada müəyyən narahatlıq doğursa da, əlaqənin tam qırılmasına səbəb olmur. Hər iki tərəf bir-birinə lazımdır. İrəvan Rusiyadan iqtisadi asılılığı səbəbindən Aİİ-dən çıxa bilmir. Ermənistan xalqının böyük əksəriyyəti qərbyönümlü siyasəti dəstəklədiyi üçün Paşinyan hökuməti bu istiqamətdə hərəkət edir. Hələlik nə Qərb, nə də Rusiya Ermənistandan konkret seçim tələb etmir. Münasibətlərdə qeyri-müəyyənlik, regionda geosiyasi proseslərin nəticələri bəlli olana qədər davam edəcək”, - deyə Məmmədli bildirib.(pressklub)

Rauf Orucov


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam