Redaktor seçimi
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Erməni deputatdan Cavanşir Feyziyevə ibrət dərsi -
Guya korrupsiyaya qarşı araşdırma aparırlar —
Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada dövlətin pulu belə "yeyilir" -
Günün xəbəri

Bəhri Təvil

 

Dəyişib zamanımiz dad edirik, yaxşı- pisi yad edirik, yada salıb ad edirik, deyim axı kimləri biz şad edirik? Biçarədir ata - ana, söz deyənmir oğluna, ağızdadı noğluna döz deyənmir, hey baxır ha gözləri yaş, odlanaraq övladına sol oynayan sağına.
 
Yenixeber.org: Belədə dərdmi olar, ədəb gedib, ərkan itib fikir- xəyal qan-qan olub, vurub yıxır qeyrət itib namus dildə ərkan olub. Pozulub uşaq- muşaq cəryan edir "Z" nədirsə tüğyan edir, dilindədir bu gəncliyin, dəcəlliyin, əcəlliyin, sərsəmliyin kəmağılla fəğan edir, bəsdir demir irəli gedir dəvam edir. İstəyirsən söz öyrədib dərs keçəsən, gərəkdi haaa, yanlarından tərs keçəsən, bərk keçəsən, ərk keçəsən ağız- burun dağılmasın, göz bərəlib "mən bilərəm" bağırmasın, ata-ana, əmi-dayı, müəllimdə peşman olub çığırmasın.Yaxşı baxın, bu gəncliyə, bu tərsliyə günahkarın yaratdığı bu pisliyə baca kimi uqar tutmuş bu tüstüyə! Tüstü boğur gözlər yanır, dil-ağızda sözlər yanır, köz içində közlər yanır, kimə deyək dərdimizi, böyütmürük fərdimi, bax, beləcə məhv oluruq, yoxa çıxıb rədd olaraq, dəf oluruq, sualdı bu, bəs görəsən əhv oluruq?! Seçənmirik əyri nədir düz nədir, donan nədir buz nədir, stolüstü daddığımız xörəklərə tökdüyümüz ağızdadı duz nədir? Səbəb nədir mən açıram, haray salıb zil saçıram, nədəndi bəs zəmanədən mən qaçıram, dinləyin ha, bu nöqtəni 
 nöqsandısa, hər halını mən açıram.
 Yaradana sarılmayan, bərk yatıbdır ayılmayan, üzüqara, sözü nöqsan insan kimi "qol" yetişib bizə tərəf eniş- yoxuş bir yol gəlir, töz- dumanlı, od- alovlu cəhənnəmə bir "ol"gəlir, yanıb- yanıb kül olmağa, kafir, nadan Allaha pis qul olmağa cəryan gəlir, ayan gəlir, bəyan gəlir, bəs görəsən, nəyi vurub, nəyi dəlir? Bax budur ha, pisliklərin şah əsəri! Bu fasiqlər, bu naqislər bu yazıqlar nakorlardı istəmir haaa, namaz qılıb səcdə edib Allahına, cənnət içi huri- mələk GÜL olmağa. Yaradana layiq olan QUL olmağa...
Təranə Şəms.6.01.2025

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam