Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Gəncəli Mübarizin oğlunun ermənilərlə şərikli biznesi… -DE-FAKTO

Gəncəli Mübarizin oğlunun ermənilərlə şərikli biznesi…

Azərbaycanda çoxsaylı qətllərə görə barəsində ölüm hökmü verilən, sonradan ömürlük cəzaya məhkum edilən və 25 ildir cəza çəkən kriminal avtoritet Mübariz Niyazovun (“Gəncəli Mübariz”) oğlu Ramin Niyazovun ermənilərlə şərikli biznesi olduğu iddia edilir.

Yenixeber.org: Bununla bağlı internet üzərindən apardığımız apaşdırma zamanı bəzi maraqlı nüanslar ortaya çıxıb.

Belə ki, Rusiya Federasiyasının dövlət qurumlarının elektron sistemə yerləşdirdikləri ictimaiyyətə açıq məlumat bazasında yer alan məlumata görə, Ramin Niyazov bir neçə il öncə Markosyan Süzanna Albertovna ilə “Astra” MMC şirkətini təsis edib.

Onların hər biri şirkətdə 50 faiz paya malikdir.

Şirkətin direktoru isə Markosyan Mila Vanovnadır. O, təsisçilərin razılığı ilə 2 iyun 2023-cü ildən “Astra” MMC-yə rəhbərlik edir.

Mila Markosyan Ermənistan vətəndaşıdır.

Bundan başqa, Ramin Niyazovun digər ermənilər - Andreasyan Ripsime Qarnikovna, Markosyan Van Otarovic, Osipova Era Aşotovna ilə birgə əməkdaşlığının olduğu, hazırda bu işbirliyinin davam etdiyi də iddia edilir.

Onu da qeyd edək ki, rəsmi məlumatlara görə “Astra” MMC 30 iyun 2021-ci ildə qeydiyyata alınıb. “Astra” MMC-nin hüquqi ünvanı kimi Moskva vilayəti, Balaşixa şəhəri, Sitnikov küçəsi, ev 8, mənzul 256 göstərilir.

“Astra” MMC qida məhsullarının pərakəndə satışı ilə məşğuldur. Onun fəaliyyət sahəsində əsas yeri ixtisaslaşmamış mağazalarda tütün məmulatları və içkilərin satışı tutur. Amma şirkətin meyvə və tərəvəz, balıq, ət və ət məhsulları, çörək və un məmulatları, şirniyyatların satışı ilə də məşğul olduğu da qeyd olunur.

Məsələ ilə bağlı R.Niyazovla əlaqə yaratmaq mümkün olmayıb. Onun Bakıdakı vəkili A.Məmmədov isə bu məsələyə münasibət bildirmək istəmədiyini bildirib.(axar.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam