İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -ŞOK FAKTLAR
Bildiyiniz kimi qarşıdan 29 yanvar Bələdiyyə Seçkiləri gəlir. Bir çox rayonlarda artıq Bələdiyyə Sədrləri "seçilib" .
Yenixeber.org: Belə ki, həmin şəhərlərdən biri də Şirvan şəhəridir.
Redaksiyamıza göndərilən məlumatda bildirilir ki, Şirvanda seçkilərə hazırlıq səviyyəsi sıfıra bərabərdir. Çünki insanların seçkiyə inamı qalmayıb. Artıq hər kəs gələcək Bələdiyyə Sədrinin kim olacağını bilir.
İddialara görə Şirvan şəhərinin icra başçısı İlqar Abbasov artıq Bələdiyyə sədri və müavinləri üçün "haqq-hesab" edib.
Ortada üç nəfər şəxsin adı hallanmasına baxmayaraq, onların arasında ən iddialı çıxış edən "Azərenerji"də mühafizə rəisi işləyən Teymur Məmmədov adlı şəxsdir. Xatırladaq ki, Teymur Məmmədovun həyat yoldaşı Gülmirə Məmmədova 10 nömrəli tam orta məktəbin keçmiş direktorudur. O yol verdiyi nöqsanlara və korrupsiya qalmaqalına görə işindən azad edilib.
Ən yaxınlarının, ailəsinin adı korrupsiya qalmaqalında keçən bir adamın Bələdiyyə sədri kimi təyin olunması uğurlu seçim olmasa da, görünür ki, İlqar Abbasov sadəcə puluna baxır. Bunu biz iddia etmirik. Yenixeber.org-a daxil olan məlumata görə, Teymur Məmmədov çayxana və restoranlarda bəhbəhlə qeyd edir ki, başçı ilə haqq-hesab eləmişəm, bu il sədr özüm olacam.
Müavin postuna gəldikdə isə, İH-də şöbələrin birində çalışan Ceyhun adlı şəxs və başçının yeni təyin olunmuş köməkçisi Bərxudar Bərxudarovun adı hallanır.
Bərxudar Bərxudarov
Məlumat üçün qeyd edək ki, başçının yeni köməkçisi Bərxudar Bərxudarov Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecinin direktoru vəzifəsində işləyib. Şirvandakı oxucumuzun Yenixeber.org-a verdiyi məlumata görə, o da korrupsiya qalmaqalına görə işindən azad edilib. Hal-hazırda Şirvan Kollecində yüksək səviyyədə araşdırmalar aparılır və yaxın günlərdə bu adamın da cinayət əməllərinin ortaya çıxacağı qaçılmazdır. Lakin bütün bunlara baxmayaraq, İcra Başçısı İlqar Abbasov ətrafına sağlam adamlar yığmaq əvəzinə, harada qalmaqallı şəxs varsa onları yığır.
İddialara görə, İlqar Abbasova bu seçkilərlə bağlı ümumilikdə 50, 30 və 20 min manat pul çatdırılıb.
Bəs görəsən Prezident Administrasiyası Bələdiyyələrlə İş üzrə Şöbənin rəhbərliyinin və Cənab Prezident İlham Əliyevin Şirvanda baş verən bu özbaşınalıqlardan xəbəri varmı?
Teymur Məmmədov adlı şəxsi Şirvan sakinlərinin neçə faizi tanıyır? Yazıda adıkeçən şəxslərin Şirvanın taleyüklü məsələlərində, sosial həyatında nə kimi effektiv rolu olub?
Maraqlıdır, Teymur, Ceyhun və Bərxudar üçlüyünü İlqar Abbasovla bağlayan tərəf yalnız maddi bağlardır, yoxsa ortada bizim də bilmədiyimiz başqa məsələlər var?
Mənbəmizin verdiyi daha bir məlumatda isə qeyd olunur ki, İlqar Abbasovun bu hərəkətləri barədə yüksək post daşıyan məmurlardan biri ölkə rəhbərliyinə, Prezident Administrasiyasına, Korrupsiyaya Qarşı Baş Mübarizə İdarəsinə detallı faktları göndərib.
Anlaşılan odur ki, bu seçki həm də İlqar Abbasovun sonunu gətirə bilər və onun qalan ömrünü dəmir barmaqlıqlar arxasında keçirmək ehtimalı var.
Yenixeber.org olaraq yazıda adları hallanan tərəflərin cavab haqqını tanıyırıq.