Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:“peşəkar təhsili”, müəmmalı maliyyə qaynaqları və s...
Yenixeber.org: Son günlər Plastik və estetik cərrahlarla bağlı mövzu gündəmi zəbt etməkdədir. Jurnalist Qənirə Ataşovanın bəlli açıqlamalarından sonra məlum dairələrdə ciddi çalxanalmalar müşahidə olunmaqdadır. Məlum oldu ki, bu sahə illərdir ciddi problemlərlə könüldən iraq olmasa da, gözdən uzaq olub. Ki, bunun da, acısını yüzlərlə, bəlkə də, minlərlə insan yaşayıb və yaşamaqdadır.
Bu mövzu mediada ictiamiləşəndən sonra həkim-kosmetoloqlarla da, bağlı qalmaqallar gündəmə çevrildi. Ötən həftə tanınmış müğənni Qumral Musayeva da estetik əməliyyatın qurbanı olması ilə diqqət çəkdi. Müğənni sosial şəbəkələrdə həkim-kosmetoloq İradə Məmmədovanın hansısa səhvləri səbəbindən tanınmaz hala düşdüyünü, hətta gülə bilmədiyini bildirdi. Ardınca bu istiqamətdə müxtəlif paylaşımlar, rəylər sıralandı...
Məlum oldu ki, həkim-kosmetoloqlarla bağlı problem heç də, Plastik-estetik cərrahlarla bağlı problemdən geri qalmır və bəlkə də əksinə... Professor Adil Qeybulla sözügedən problemlə bağlı mediaya açıqlamasında qadınları belə prosedurlarda diqqətli olmağa, həkim seçimini düzgün etməyə çağırdı: "Ümumiyyətlə, botoksun təsiri 4-6 ay müddətinə qədər davam edir, bəzən bir az da uzana bilir. Lakin qalıcı deyil. Bunun üçün zaman lazımdır. Amma həmin zamana qədər də elə etmək lazımdır ki, insan əziyyət çəkməsin. Botoks, bototoksilin tətbiqi ilə yaradılan effekt daimi deyil. Bu, müvəqqəti bir effektdir, bir müddətdən sonra keçib gedəcək.
Yenə də qeyd edirəm, qadınlar belə prosedurları həyata keçirmək istəyərkən diqqətli olmalı, həkim seçimini düzgün etməlidirlər."
Professorun bu çağırışı Plastik-estetik cərrahlarla bağlı olduğu kimi,həkim-kosmetoloqlarla da bağlı ciddi araşdırmalara stimul verdi. Aiddiyyatı dövlət strukturları, xüsusi ilə də, Səhiyyə Nazirliyi yerində olmayan həkim-kosmetoloqlarla bağlı ciddi araşdırmalara start verməlidir. Belə “həkim-kosmetoloqlar” saxta plastik-estetik cərrahların taleyini yaşamalıdırlar. Barələrində müvafiq hüquqi ölçü götürülməklə...
***
Oxucularımızın Yenixeber.org-a verdiyi məlumata görə müğənni Qumral Musayeva ilə bağlı adı hallanan həkim-kosmetoloq İradə Məmmədovanın da, uyğun-tibbi təhsili şübhəlidir... Hətta, İradə xanımın keçmiş sovet respublikalarından birində diploma sahibləndiyi bildirilir. Biz bu məlumatla bağlı hörmətli həkim-kosmetoloqu da dinlədik. İradə xanım bizimlə telefon söhbətində Azərbaycan Tibb Universitetinin məzunu olduğunu bildirsə də, diplomunu görmək istəyimizi cavabsız qoydu(?)
Qarşıdakı günlərdə gərəkən araşdırmalarla, aidiyyatı dövlət orqanlarına müvafiq sorğular ünvanlamaqla bu məlumatla bağlı geniş yazımız olcaq.
İradə Məmmədova ilə bağlı Yenixeber.org-a ötürülən digər məlumat isə bu gün formalaşdırdığı biznesinin maliyyə qaynaqları ilə bağlıdır. Bu istiqamətdə də, müxtəlif nüfuzlu, vəzifəli şəxslərin adı hallanır...
Mövzunun davamı olacaq.