Redaktor seçimi
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
“Azergold”da növbəti tender müəmması -
Musiqi məktəbinin ali təhsilli müəllimindən Adil Kərimliyə müraciət:
Gəncə Dövlət Universiteti rektorunun qapısında təhqir maşını...-
Aygün Əliyeva rəfiqəsinin ərinə qrant, qardaşına isə iş verib –
Hövsanda stadion ələ keçirildi, hasarlandı – 
İl bitdi, Aygün Əliyevanın “rəfiqə qrantları” bitmir...-
Vidadi İsayevin sevimli kadrı niyə Bərdədən Yevlaxa “sürgün olunub"? -
Günün xəbəri

Yenə bəd xəbər

 





Sabahı açmışıq, yenə bəd xəbər,
Qəzaya uğrayıb "Hava gəmisi".
İnsanlar heyrətlə xəbərdar edir.
Biçilir yenədə dərdin zəmisi.
*****
Bəd xəbər yayıldı Azərbaycana,
Hökumə danışır, bax nə biçində.
Səsi titrəsədə, amma ağlamır,
Sakit olun deyir qorxu içində.
*****
Səsində titrəyiş nələr demirdi,
Dilini sıxmışdı:" Hər şey yaxşıdır"
Taleyin qisməti qədər deyirdi,
Dildəki titrəyiş sözün nəqşidir.
*****
Bu sözün xalqıma yadigar qaldı,
Silinməz nə adın, nədə sözlərin.
Bizləri duruşun təşvişə saldı,
Yaddaşa həkk oldu susan gözlərin.
*****
Təyyarə gedirdi ölümə doğru,
Ölümün gözünə dik baxa- baxa.
Qarşıya çıxırdı bilinməz sorğu,
Od alov içində can yaxa- yaxa.
*****
Endirdik bayrağı matəm içində,
Yenədə göz yaşı, yenə qəm- kədər.
Xar olduq yenədə sitəm içində,
Nə qədər olacaq, bu qəm, bu kədər?
*****
 Baxıram düşmənlər edəni, edir,
Ukrayna, Rusiya məddəsi bizdə.
İnsanlar qırılır gedəni, gedir,
Bizdən yan keçmədi hikkəsi bizdə.
*****
Təyyarə vuruldu adamla dolu,
Səs- səsə qarışdı ağlaşma qopdu.
Bir anlıq düşündüm, mən həmin xofu,
Elə fakt dedilər, dünyalar qopdu.
*****
Pilotlar çaşmadı, kapitan qorxmaz,
 Təyyarə gəlirdi üzü aşağı.
Çırpıldı torpağa yarı bölündü,
Yaşanan bu vəhşət, necə ölümdü?
*****
Bu ilin təqvimi yenə qaraldı,
Yenə çox evlərin çırağı söndü.
Gülmüyən üzümüz yenə saraldı,
İl başa yetməmiş əvvələ döndü.
*****
Çox belə qəzalar yola salmışıq,
Ölümlə üz- üzə yenilmədik biz.
Qalxaraq, özümüz dik dayanmışıq,
Düşmənin önündə əyilmədik biz.
*****
Düşmənlər oyaqdı fürsət gözləyir,
Rusiya fürsətdən heç yan keçməyir.
Kam alır qan tökür, vüsət gözləyir,
Siyasət altında nələr etməyir?
******
Təyyarə bölündü yarı- yarıya,
Yanırdı təyyarə insan içində.
Adamlar sağ qaldı yarı, yarıya.
Bu nə cür qəzadır, hansı biçimdə?
*****
Min hiylə, min fəsad uydurur Putin,
Onun siyasəti tikanlı xarmış.
Deyildi: "quşllarla göydə toqquşub".
 Nə yaxşı, sağ qalan şahidlər varmış,
*****
Haqqa yetənlərə min rəhmət olsun,
Tezliklə sağalsın bacım, qardaşım.
Rəvac verən düşmənə min lənət olsun,
Payınız cənnətdən min nemət olsun.
Təranə Şəms.27.12.2024

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam