Redaktor seçimi
Fərid Qyıbov Gəncə stadionunda “öz havasını oynayır” –
Gəncə Dövlət Universitetinin rektoru Təhsil nazirinə qarşı:
Adı nurçularla hallanan “Aral Group” şirkətindən şikayət var:
Balakənin “mer”i dövlətin pulun “hərşeyşünas” şirkətə etibar edir -
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
Günün xəbəri

"Ali təhsil haqqında" qanun bu il də qəbul edilməyəcək?

 

Milli Məclisin Elm və təhsil komitəsinin yaz sessiyası üçün İş planı məlum olub.

Yenixeber.org-un məlumatına görə, işlər planında komitə üzvlərinin sessiya müddətində görəcəyi fəaliyyətlər qeyd olunub.

Ancaq planda çoxdan gözlənilən "Ali təhsil haqqında" qanunla bağlı hər hansı fəaliyyət nəzərdə tutulmayıb.

Qeyd edək ki, qanun layihəsi ilə bağlı ilk müzakirələr 2021-ci ildə başlayıb, ancaq hələlik qəbul edilməyib.

Komitənin bu gün keçirilən iclasında deputat Ceyhun Məmmədov da qanun layihəsinə toxunub. Onun sözlərinə görə, təhsillə bağlı qarşıda yeni vəzifələr durur.

“Bütün sahələrdə olduğu kimi təhsil sahəsində də dünyada yeni tendensiyalar baş verir. Önəmli məsələlərdən biri də "Ali təhsil haqqında" Azərbaycan Respublikası Qanunun qəbuludur. Təhsil ictimaiyyəti qanunun qəbulunu səbirsizliklə gözləyir. Qanunda bir çox mühüm məsələlər var. Onlardan biri də doktorantura səviyyəsində mərhələlərin 1-ə endirilməsidir. İnanıram ki, tezliklə qanun qəbul ediləcək və bu təhsilimizin inkişafına öz töhfəsini verəcək. Sonda birgə dinləmənin keçirilməsini təklif edirəm. Düşünürəm fikir mübadiləsi üçün bu çox önəmli məslədir”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam