Redaktor seçimi
Sahib Məmmədov Araz Paşayevi niyə və necə “xərclədi” ?! -
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Günün xəbəri

Qurban Qurbanov: "Abdolbari Gozalın "Qarabağ"ın və mənim üzərimdə çox böyük əməyi olub"

 

Onun "Qarabağ"ın və mənim üzərimdə çox böyük əməyi olub.

Yenixeber.org-un məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Ağdam təmsilçisinin fəxri prezidenti Abdolbari Gozalın vəfatı ilə bağlı danışarkən deyib.

52 yaşlı mütəxəssis klub funksionerinin vəfatının ağır itki olduğunu söyləyib:

"Həm klub, həm də Azərbaycan futbolu üçün ağır itkidir. Həyatda atdığı hər addımı düşünərək edirdi. "Qarabağ" üçün etdiklərini sevərək edib. Klubda üzgünlük var. Futbolçularımızı oyuna tam hazırlamaq istəyirik. Amma yaddaşımızdan çıxara bilməyəcəyik. Allah rəhmət eləsin".

Qeyd edək ki, "Azersun Holding” MMC-nin Müşahidə Şurasının sədri olan Abdolbari Gozal yanvarın 18-də, 75 yaşında vəfat edib. O, “Qarabağ” klubunun fəxri prezidenti idi.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam