Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

İcra başçısının arxasında iki qızdırıcı, vətəndaşlar gödəkcədə –FOTOLAR

İcra başçısının arxasında iki qızdırıcı, vətəndaşlar gödəkcədə – Fotolar

Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov yanvarın 8-də Piran kəndində Piran və Zərigüməco kəndlərinin sakinlərinin iştirakı ilə səyyar qəbul keçirib.

Yenixeber.org: İcra Hakimiyyətinin rəsmi saytında yerləşdirilən qəbul zamanı çəkilmiş fotolar müzakirələrə səbəb olub.

Belə ki, fotolarda qəbulun keçirildiyi zalda sakinlərin oturduğu hissədə deyil, yalnız Ə.Abbasovun oturduğu masanın yanında iki istilik sobasının qoyulması diqqət çəkib. İcra başçısının keçirdiyi görüş zalında istiliyin olmaması və buna görə oturduğu masanın arxasına elektrik qızdırıcılarının qoyulması müzakirələrə səbəb olub.

Maraqlıdır ki, qəbulda iştirak üçün gələn vətəndaşların əksəriyyəti zalda gödəkçə ilə əyləşiblər. Qəbul zamanı sakinlər tərəfindən elektrik təsərrüfatının yenilənməsi, içməli su probleminin həlli, yollarının təmiri kimi məsələlər dilə gətirilib.

Qeyd edək ki, bu barədə məlumatı ilk dəfə “Qaynarinfo” yayıb.

facebook sharing button

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam