Redaktor seçimi
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
Günün xəbəri

LUKAŞENKO KİMİN “ƏMİSİ OĞLU”DUR? –Belarus başçısı Qarabağın Azərbaycana məxsusluğunu sual altına alır

Belarusda keçirilən son prezident seçkisində məlum yolla 7-ci dəfə(!) prezident olan Aleksandr Lukaşenko, görünür, bu “qələbədən” eyforiya keçirir. Belə olmasaydı, Azərbaycanın tərkib hissəsi olan Qarabağla bağlı ikibaşlı və Azərbaycanın ərazi bütövlüyünü sual altına alan lüzumsuz açıqlamalar verməzdi...

Yenixeber.org: Ukrayna Prezidenti Volodimir Zelenskini tez-tez “təlxək” adlandıran Lukaşenkonun ötən gün Qarabağ və Azərbaycan rəhbərliyi ilə bağlı dedikləri əslində, ciddi siyasətçinin ifadələrindən daha çox siyasi təlxəkliyə bənzəyir. Hansı ki, onun “təlxək” dediyi Zelenski Azərbaycana münasibətdə bunu heç vaxt etməyib və yəqin ki, heç zaman etməz də...

Erməni jurnalistin sualını cavablandıran Lukaşenko ermənilərə Paşinyanla bağlı “ağıl verəndən” sonra Qarabağ mövzusuna keçib və Kremlin idbar təbliğatçılarının tezislərini daha da eybəcər formada təkrarlayıb. Özü də bu zaman ermənilərə xoş gəlmək üçün açıq uydurma “məlumatlar” da verməkdən çəkinməyib: “Açıq deyirəm ki, bu döyüşlərin (Qarabağ uğrunda gedən döyüşləri nəzərdə tutur-red.) belə nəticələnməsi sizin Ermənistandakı rəhbərliyinizin günahıdır. Yalnız onların günahıdır. Onlar hətta bu müharibəni uduzandan sonra (onların dilindən heç kim çəkmirdi, bu barədə İlham (Əliyev) də açıq deyir) dedilər ki, Sovet İttifaqı dövründə olanları tanıyırıq. Stepanakert(?) (Xankəndi-red.) və “dağlıq Qarabağ” faktiki Azərbaycanın ərazisidir. Biz Putinlə çaş-baş qaldıq. Zəng etdim ki, eşitdin? (Paşinyanın Qarabağın Azərbaycan ərazisi olduğunu deməsini-red.) Dedim bu sənin işindir? Dedi yox, mən qarışmamışam. Mən təəccüb etdim. Paşinyan özü Qarabağdan imtina etdi. Hansı ki, həmin anda İlham (Əliyev) razılaşmağa hazır idi ki, bu ərazidə Ermənistan ciddi təsirə malik olacaq. Və burda da bu cür hədiyyə (Paşinyanın bəyanatı-red.). Kim bundan istifadə etməzdi ki?..."

Bu da özünü Azərbaycanın və Azərbaycan Prezidentinin dostu elan edən, dəfələrlə Azərbaycan rəhbərliyinin köməyilə çətin vəziyyətlərdən çıxdığını şəxsən özü etiraf edən Belarus başçısının mövqeyi. Buna yalan, ikiüzlülük, riyakarlıq və təlxəklikdən başqa ad qoymaq olmur. Bundan soruşan lazımdır ki, sən Qarabağın Azərbaycanın ərazisi kimi tanınmasına niyə “çaş-baş” qalmalısan, niyə təəccüblənməlisən?

Birincisi, Azərbaycan Prezidenti nəinki Qarabağdakı qələbəmizdən sonra, hətta müharibədən əvvəl də Ermənistanın Qarabağda bu və ya digər formada mövcudluğunu, təsirini qətiyyətlə rədd edib. Odur ki, Lukaşenkonun guya Azərbaycan başçısının “Qarabağda Ermənistanın ciddi təsirə malik olacağı ilə razılaşması” barədə dedikləri ağ yalan və cəfəngiyyatdır. Ümumiyyətlə, heç bir məntiqə sığmayan sarsaq iddiadır.

İkincisi, görəsən Lukaşenko Paşinyanın Qarabağı Azərbaycanın ərazisi kimi tanımasına niyə bu cür heyrət edib və niyə bundan narahat olub? Bu o deməkdir ki, hələ də Xankəndinə “stepanakert”, Qarabağa “dağlıq Qarabağ” deyən Lukaşenkonun özü də “böyük qardaşı” Vladimir Putin kimi Azərbaycanın ərazi bütövlüyünə və Qarabağın da onun tərkib hisəsi olmasına şübhə ilə yanaşıb, onu tanımaq istəməyib, münaqişənin uzanmasında maraqlı olub.

Lukaşenkonun dediklərinə sadəcə, ermənilərə xoş gəlmək, KTMT üzvü kimi İrəvanın tərəfində olduğunu göstərmək üçün “quş buraxması” kimi baxmaq doğru olmaz. Bu, Lukaşenkonun hər nə qədər özünü Bakıya yaxın siyasi lider kimi göstərsə də, daxilən Rusiyanın yanında olduğunun və onun işğalçı Cənubi Qafqaz siyasətini bölüşdüyünün göstəricisidir...

Belə görünür ki, Lukaşenko kimi liderlərin “dostluğu” bu dostluq onlara sərf edən günə kimidir. Bu açıqlamasından sonra gecə-gündüz Azərbaycanı və onun Prezidentini tərifləyən, tez-tez Bakıya, hətta bir dəfə Qarabğa səfər edən Lukaşenkonun məşhur lətifədə deyildiyi kimi, “kimin əmisi oğlu olduğu” açıq görünür və belə təəssürat yaranır ki, Lukaşenko kimi “dostlar” az qala Paşinyan kimi düşmənlərdən daha təhlükəli və hiyləgərdir...(Azpolitika)

C.Məmmədov




Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam