Redaktor seçimi
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Günün xəbəri

“Omikron”dan qorunmağın yolu açıqlandı

 

Koronavirusun bir neçə variantına yoluxandan sonra qrupa xas immunitetin formalaşması “Omikron” ştammından qoruya bilər.

Yenixeber.org: Bu barədə rusiyalı virusoloqlar Aleksandr Butenko və Pyotr Çumakov bildiriblər.

“Virusun müxtəlif genotiplərinin birləşməsi insanlarda qrupa xas kütləvi immunitetin formalaşmasına səbəb olur. Söhbət müxtəlif genotiplərdən qorunmanı təmin edə bilməkdən gedir”, - deyə Butenko qeyd edib.

O izah edib ki, koronavirusun müxtəlif variantları ilə çoxsaylı təmas nəticəsində formalaşan immunitet peyvəndlərlə birlikdə COVID-19-a qarşı kollektiv müdafiəni təmin edəcək.

Çumakovun sözlərinə görə, “Omikron” ştammı mutasiyalar nəticəsində S-zülalını əhəmiyyətli dərəcədə dəyişib ki, bu da onun peyvənddən sonra əmələ gələn anticisimlərdən yan keçmək şansını artırır.

“Ancaq S-zülalından başqa viruslarda bir sıra başqa antigenlər var və insan xəstələnəndə bütün bu antigenlərə qarşı anticismlər əmələ gəlir. Ona görə də “Omikron”la qarşılaşanda o, artıq qorunur, çünki digər antigenlər işləməyə başlayır. Bu, qrupa xas immunitetdir. Və o, koronavirusda mövcud olan bütün antigenlər qrupuna aiddir”, - deyə Çumakov izah edib.(RİA Novosti)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam