Redaktor seçimi
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Günün xəbəri

116 minə yaxın aksiz markasız siqaretin satışının qarşısı alınıb -Azərbaycanda

Azərbaycanda 116 minə yaxın aksiz markasız siqaretin satışının qarşısı alınıb

Azərbaycan gömrükçüləri qaçaqmalçılıq yolu ilə ölkəmizə gətirilən külli miqdarda aksiz markasız tütün məhsullarının realizə edilməsinin qarşısını alıblar.

Yenixeber.org:  Bu barədə Dövlət Gömrük Komitəsi xəbər verir.

Məlumata görə, komitənin Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə naməlum şəxslərin həmin məhsulları Bakının Yasamal rayonunda yerləşən köşkdə saxlaması və ayrı-ayrı şəxslərə satması arədə məlumat daxil olub. Dərhal yaradılmış əməliyyat qrupu tərəfindən əməliyyat-axtarış tədbirləri keçirilib, belə predmetlərin satılması və satış məqsədi ilə saxlanılması müəyyən edilib.

Qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə qərarı əsasında ərazidə yerləşən köşkə baxış keçirilib, ümumilikdə 43 adda 115 720 ədəd aksiz markasız siqaretlər aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam