Redaktor seçimi
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Günün xəbəri

Şərikinin maşınını gülləboran edən sabiq polis rəisi həbs olunub

Avtomobilə odlu silahdan atəş açan keçmiş polis rəisi Rza Hacıyev həbs edilib.

Yenixeber.org: Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Sabunçu Rayon Məhkəməsində Hacıyev barəsində 3 aylıq həbs-qəti imkan tədbiri seçilib.

DİN-in məlumatına görə, Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis bölməsinə dekabrın 16-da saat 23 radələrində Pirşağı qəsəbə sakini Hacıyevin münaqişə zəminində Şirzad Quliyevin idarə etdiyi avtomobilə atəş açması və hadisə yerini tərk etməsi barədə məlumat daxil olub.

Keçirilən əməliyyat nəticəsində Hacıyev saxlanılıb və “AKMS” markalı avtomat silah, 2 ədəd patron və 1 ədəd patron darağı götürülüb.

Xatırladaq ki, Hacıyev Bakının Sabunçu və Neftçala rayonlarının polis rəisi olub, hazırda təqaüddədir. O, Milli Qəhərəman Əlif Hacıyevin qardaşıdır. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam