Redaktor seçimi
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Günün xəbəri

Milli Məclisin sədr müavini Adil Əliyev-narkomaniya ilə mübarizədən danışıb

 

                   "Cəmiyyət olaraq narkomaniya ilə mübarizə aparmalıyıq".

Yenixeber.org: Bunu Milli Məclisin sədr müavini Adil Əliyev parlamentin Ailə, qadın və uşaq məsələləri və Səhiyyə komitələrinin “Narkomaniya ilə mübarizə ailə cəmiyyətinin sağlamlığıdır” mövzusunda keçirilən birgə dinləməsində deyib.

O bildirib ki, maarifləndirmə işinə xüsusi diqqət yetirilməlidir: "Məktəblərdə, mətbuatda narkomaniya ilə mübarizə üçün görülən işlərin genişləndirilməsinə ehtiyac var. Sənədli filmlərin hazırlanıb mətbuatda yayımlanması, maarifləndirmənin əhatə dairəsinin genişləndirilməsi, sosial şəbəkələrdə qısa videoçarxların hazırlanıb paylaşılması narkomaniya ilə mübarizəyə dəstək verə bilər".

Milli Məclis sədrinin müavini qeyd edib ki, narkomaniya ailələrin bədbəxtliyinə, həmin ailədə böyüyən uşaqların psixologiyasına mənfi təsir edir: "Aidiyyəti qurumlar narkomaniyaya qarşı ciddi mübarizə aparır. Nə qədər mübarizə aparılsa da hələ də bunun kökünü kəsmək mümkün olmayıb. Bu bəlanın qarşısının alınması hər birimizin vətəndaşlıq borcudur".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam