Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

26 iyun-Narkomaniya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə günü

 “26 iyun-Narkomaniya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə günü’’ nə həsr olunmuş tədbiri keçirilmişdir.

25 iyun 2019-cu il tarixdə Nərimanov Rayon İcra Hakimiyyətində Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyəsinə Qarşı Mübarizə üzrə Komissiyanın “26 iyun-Narkomaniya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə günü’’ nə həsr olunmuş tədbiri keçirilmişdir. Tədbirdə Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyəsinə qarşı Mübarizə üzrə Komissiyanın sədri İradə xanım Mahmudova, Komissiya üzvləri və təhsil-səhiyyə müəssisələrinin nümayəndələri iştirak etmişdir.

Tədbiri giriş sözü ilə açan İ.Mahmudova narkomaniyanın fəsadlarından, ona qarşı mübarizə üsullarından bəhs etmişdir. Öz tövsiyələrini vermişdir. Xüsusilə valideyinlərin və müəllimlərin uşaqların və gənc nəslin tərbiyəsində və mariflənməsində önəmli rol oynadıqlarını qeyd etmişdir. Hüquq-Mühafizə orqanlarının bu mübarizədə iştirakının önəmini qeyd etmişdir. Nərimanov Rayon Gənclər və İdman İdarəsinin gənclərin idmana və faydalı vərdişlərə yönəltməsinin təqdirə  layiq olduğunu bildirən İradə xanım hər kəsi diqqətli olmağa çağırmışdır.

Tədbirdə Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf  Novruzov, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyəsinə qarşı Mübarizə üzrə Komissiyanın məsul katibi  Nicat Məmmədov, 7 nömrəli uşaq yoluxucu xəstəlikləri xəstəxanasının həkimi Natavan Cəfərova, Loqos Psixoloji Nitq İnkişaf Mərkəzinin sədri Ümidə Rəhimova, 36 nömrəli məktəbin müəllimi  Zülfiyyə   Aslanbəyli çıxış etmişdilər.               

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam