Redaktor seçimi
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -
Günün xəbəri

DİN Bakıda məktəbə -“patı” gətirilməsi məlumatlarına münasibət bildirib

DİN Bakıda məktəbə “patı” gətirilməsi məlumatlarına münasibət bildirib

Daxili İşlər Nazirliyi (DİN) sosial şəbəkələrdə Bakıda məktəblərin birinə “patı” gətirilməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Yenixeber.org: DİN-in Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, yayılan məlumatların araşdırılması yekunlaşıdırılıb.

O qeyd edib ki, məsələ təsdiqini tapmayıb: “Bəzi sosial şəbəkə seqmentlərində yayılmış məlumatlarda deyilənlərə görə, Bakıxanov qəsəbəsində məktəblərdən birinə psixotrop maddə - metamfetamin (patı) gətirilməsi ilə bağlı yayılan iddialar əsassızdır. Bu istiqamətdə keçirilən tədbirlərlə yayılan iddialar təsdiqlənmir”.

“Sosial şəbəkə istifadəçilərinə tövsiyə edirik ki, belə əsassız, həqiqətə uyğun olmayan faktsız, iddialara inanmasınlar. Ölkə ərazisində hüquq-mühafizə orqanları tərəfindən bütün neqativ hallara qarşı mübarizə aparılır. Əgər kimdəsə belə əsaslı fakt varsa, həmin faktla Daxili işlər orqanlarına müraciət edilməlidir. Bu həm də vətəndaş məsuliyyəti və vətəndaş vəzifəsidir” – o vurğulayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam