Redaktor seçimi
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -
Günün xəbəri

Qaynının qəbir daşına təhqiramiz ifadələr yazan qadın həbs edilib -Bakıda

Bakıda qaynının qəbir daşı üzərində təhqiredici ifadələr yazan qadın həbs edilib.

Yenixeber.org: Suraxanı rayon sakini K. Ə qaynı arvadı ilə dalaşdıqdan sonra Sabunçu rayonu, Zabrat qəsəbəsi İstixana Kombinatının yaxınlığında olan qəbiristanlığa gedib. O, qəbiristanlıqda dəfn olunmuş qaynının məzarının üstünə qırmızı rəngli marker qələmlə iri və kənardan aydın görünən hərflərlə, tərkibində əxlaqsız söz və ifadələr olan mətnlər yazıb.

Mərhumun yaxınlarının şikayəti əsasında K.Ə polis tərindən saxlanılıb. Sabunçu rayon Polis İdarəsində onun barəsində Cinayət Məcəlləsinin 245-ci (Qəbir üzərində təhqiredici hərəkət) maddəsi ilə cinayət işi başlanılıb.

Sabunçu rayon Məhkəməsinin hökmü ilə K. Ə 1 il 19 gün müddətinə azadlıqdan məhrum edilib. Onun həbsdə olduğu müddət cəzasından çıxılaraq barəsində 7 ay 11 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam