Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Təranə Səmədovanın şikayəti təmin olunmadı- Həbsdə qaldı

 

Prodüserin apellyasiya şikayəti üzrə məhkəmə iclası keçirilib.

 

Yenixeber.org: Bu gün Bakı Apellyasiya Məhkəməsində prodüser Təranə Səmədova barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası keçirilib.

AzNews.az xəbər verir ki, prosesdə müvəkkilin vəkili Janna Bağırovanın qaldırdığı vəsatət üzrə işə baxılıb və vəsatət təmin edilməyib.

Qeyd edək ki, T.Səmədovanın barəsində Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb. O, iki qadını fahişəliyə cəlb etməkdə ittiham olunur. Cinayət işi üzrə iki qadın zərərçəkmiş şəxs qismində tanınıb.

İstintaq orqanı tərəfindən T.Səmədovanın barəsində Cinayət Məcəlləsinin 243.1-ci (gəlir və ya digər fayda əldə etmək məqsədi ilə fahişəliyə cəlb etmə) maddəsi ilə ittiham elan edilib.

Nərimanov Rayon Məhkəməsinin hökmü ilə T.Səmədova 1 il müddətinə azadlıqdan məhrum edilib. Onun barəsində olan polis nəzarətində qətimkan tədbiri həbs qətimkan tədbiri ilə dəyişdirilib və məhkəmə zalında həbs olunub. Hökmdən narazı qalan məhkum və zərərçəkmişlər apellyasiya şikayəti veriblər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam