Redaktor seçimi
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Günün xəbəri

Azərbaycanda -vəzifəli şəxslərin cinayət işi məhkəməyə göndərilib

Azərbaycanda vəzifəli şəxslərin cinayət işi məhkəməyə göndərilib

Azərbaycanda vəzifəli şəxslərin cinayət işi məhkəməyə göndərilib.

Yenixeber.org: Bu barədə Sabirabad Rayon Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, 2020-ci ilin dekanr ayının 20-də Sabirabad rayonu ərazisində yerləşən pambıq emalı sexində Qürbət İsayevin iş zamanı ağır dərəcəli bədən xəsarəti alması faktı ilə bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə başlanmış cinayət işinin istintaqı tamamlanıb.

İstintaqla müəyyən edilib ki, “MKT İstehsalat Kommersiya” MMC-nin Sabirabad filialının direktoru Ramil Əsədov, həmin filialın sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi üzrə mütəxəssisi Ehtiram Xancanov, xam pambığın qəbulu və emalı şöbəsinin baş mühəndisi Zakir Haqverdiyev və həmin şöbənin mexaniki Eynulla Sadıqov tərəfindən texniki təhlükəsizlik və əməyin mühafizəsi qaydalarının pozulması səbəbindən filialın operatoru Qürbət İsayevin sağ əlinin qurğunun içərisinə doğru dartılması nəticəsində sonuncu ağır dərəcəli bədən xəsarəti alıb.

İş üzrə toplanan kifayət qədər sübutlar əsasında Ramil Əsədov, Ehtiram Xancanov, Zakir Haqverdiyev və Eynulla Sadıqova Cinayət Məcəlləsinin 162.1 (əmək mühafizəsi qaydalarını pozma) maddəsi ilə yekun ittiham elan edilməklə cinayət işi baxılması üçün rayon məhkəməsinə göndərilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam