Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Şirkətdə baş verən partlayışla bağlı cinayət işi başlanıb

 

   Prokurorluq “Baku Steel Company”də baş verən partlayışla bağlı məlumat yayıb.
    "Xeberinfo.com": Bakı Şəhər Prokurorluğundan musavat.com-a verilən məlumatda bildirilir ki, sentyabrın 15-də saat 16 radələrində paytaxtın Nərimanov rayonu ərazisində yerləşən “Baku Steel Company” MMC-nin oksigen sexində hava ayrıcı qurğunun əsaslı təmiri zamanı baş vermiş partlayış nəticəsində həmin sexin rəisi Hüseynov Rasim Cümşüd oğlu aldığı xəsarətlərdən hadisə yerində ölüb, 2-ci poladəritmə sexində operator işləyən Bayramov Sahil Nəriman oğlu və həmin sexdə bənna işləyən Ağayev Zəfər Rəhman oğlu isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq “Baku Medical Plaza” klinikasına yerləşdiriliblər.
 
    Rayon prokurorluğunun əməkdaşları tərəfindən texniki-təhlükəsizlik üzrə ekspertin iştirakı ilə hadisə yerinə baxış keçirilmiş və digər təxirəsalınmaz prosessual hərəkətlər yerinə yetirilib.
 
Faktla bağlı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (Əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanmış və müvafiq ekspertizalar təyin edilib.
 
Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam