Redaktor seçimi
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
Günün xəbəri

BMT Baş katibi -Beynəlxalq Qızlar Günü ilə bağlı müraciət ünvanlayıb

BMT Baş katibi Antonio Quterreş

 

BMT Baş katibi Antonio Quterreş 11 oktyabr - Beynəlxalq Qızlar Günü münasibəti ilə dünya ictimaiyyətinə müraciət ünvanlayıb.

Yenixeber.org: BMT-nin Azərbaycan nümayəndəliyindən verilən xəbərə görə müraciətdə deyilir: “Bütün dünyada yaşayan qızların gücü, sağlamlığı və səlahiyyətləndirilməsi ilin hər günündə əsas məsələdir. Beynəlxalq Qızlar Günü bu qlobal zərurəti yenidən xatırlamaq üçün bir fürsətdir. Bu gün qızlar rəqəmsal nəslin bir parçasıdır. Bütün fərqlilikləri ilə onlarla birlikdə olmaq, rəqəmsal dünyaya dəyişiklik gətirənlərin bacarıqlarını və təklif etdikləri həlləri dəstəkləmək, habelə rəqəmsal məkanda üzləşdikləri maneələri aradan qaldırmaq bizim məsuliyyətimizdir.

Qızların rəqəmsal bərabərliyinə gedən yol keşməkeşlidir. İnternet istifadəçiləri arasında müxtəlif coğrafiya və nəsillər üzrə böyük uçurum var. 2013-cü ildə 11 faiz olan bu rəqəm altı il sonra 17 faizə yüksəlib. Dünya ölkələrinin üçdə ikisindən çoxunda STEM (elm, texnologiya, mühəndislik və riyaziyyat) fənləri üzrə məzunların yalnız 15 faizini qızlar təşkil edir.

Bu sahələrdə qızlar eyni qabiliyyətə və böyük potensiala malikdirlər və biz onlara səlahiyyət verdiyimiz zaman hər kəs bundan faydalanacaq. Bunu siyasi karyerama başlamazdan çox əvvəl, Lissabonda müəllim işləyərkən gördüm. Fərdlər və cəmiyyətlərin yüksəlməsində təhsilin gücünün şahidi oldum. Bu təcrübə o vaxtdan bəri təhsildə gender bərabərliyi ilə bağlı baxışlarımı istiqamətləndirib”.

A. Quterreş qeyd edib ki, rəqəmsal dünyada gender bölgüsünə son qoymaq üçün edilən investisiyalar hər kəs üçün böyük dividentlər gətirir: “BMT kimliyindən və hansı şəraitdə yaşamasından asılı olmayaraq bu nəslin nümayəndələrinin öz potensiallarını reallaşdıra bilməsi üçün qızlarla işləmək əzmindədir. Texnologiya və Yenilik üzrə Nəsil Bərabərliyi Fəaliyyət Koalisiyası qızların rəqəmsal potensialını, bacarıqlarını və yaradıcılığını dəstəkləmək üçün hökumətlər, vətəndaş cəmiyyəti, özəl sektor və gənc liderlərin kollektiv təşəbbüslər və investisiyalar ətrafında bir araya gəldiyi yeni platformamızdır.

Gəlin, ortaq gələcəyimizi formalaşdırmaq və təmin etmək üçün qızların rəqəmsal nəsildə hərtərəfli iştirakına şərait yaradaq”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam