Redaktor seçimi
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Günün xəbəri

Əli Həsənovun qızı işdən çıxarıldı -FOTO

Prezidenin sabiq köməkçisi Əli Həsənovun qızı Səfiyə Möhbalıyeva (Həsənova) Prezident yanında Dövlət İdarəçilik Akademiyasının “Beynəlxalq münasibətlər və xarici siyasət” kafedrasındakı işindən azad olunub.
Yenixeber.org: “Beynəlxalq münasibətlər və xarici siyasət” kafedrasında işləyən müəllimlərdən yalnız Səfiyə Möhbalıyeva işdən azad olunub. Aralarında 2 millət vəkili - Elman Nəsirov və Musa Qasımlının da olduğu kafedranın digər müəllimləri öz vəzifələrində saxlanılıblar.

Qeyd edək ki, Prezident yanında Dövlət İdarəçilik Akademiyasının “Beynəlxalq münasibətlər və xarici siyasət” kafedrasına 20 il Əli Həsənov rəhbərlik edib və qızını da həmin kafedranın müəllimi vəzifəsinə təyin edib.
Əli Həsənovun 1990-cı ildə anadan olan qızı Səfiyə Möhbalıyeva “Beynəlxalq münasibətlər və xarici siyasət” kafedrasının müəllimi olmaqla bərabər, eyni zamanda “Qarabağ Araşdırmalar Mərkəzi” İctimai Birliyinin sədr müavini olub. Qeyd olunan İctimai Birliyin sədri isə “Beynəlxalq münasibətlər və xarici siyasət” kafedrasının müəllimi Elçin Əhmədovdur.
Məlumat üçün bildirək ki, Əli Həsənovun qızı Səfiyə Möhbalıyeva eyni zamanda Milli Məclisin üzvü, Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının sədri Səttar Möhbalıyevin oğlu - Qaradağ rayon Polis İdarəsinin rəisi, polkovnik İsfəndiyar Möhbalıyevin həyat yoldaşıdır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam