Redaktor seçimi
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Günün xəbəri

Heydər Məscidində Aşura Günü -FOTOLAR

Heydər Məscidində Aşura Günü - FOTOLAR

Bu gün Aşuradır. İslam dünyasının önəmli günlərindəndir. Məhəmməd Peyğəmbərin (S.A.S) ailə üzvlərinin, nəvəsi Həzrəti Hüseynin 72 fədaisi ilə birgə şəhadətə qovuşduğu tarixdir. Hər il olduğu kimi bu il də Azərbaycanda Aşura günü izdihamla qeyd olunub.

Yenixeber.org: Aşura mərasimini izləmək üçün Heydər məscidinə baş çəkdik. Pandemiya şəraitində Aşura mərasiminin necə keçirildiyini izlədik.

***

Əvvəla onu qeyd edək ki, Heydər Məscidinin içərisində və çölündə izdiham yaşanıb. Girişdə isə polislər dayanıb. Onlar məscidin içərisinə keçmək istəyən inanclı insanların vaksin pasportu olub-olmadığını yoxlayıblar.

İnsanların sağlamlığının qeydinə qalan polislər vaksin pasportu olan inanclı insanları içəri buraxıblar. Vaksin pasportu olmayanlar da geri qaytarılmayıb.

Onlar bayırda - məscidin həyətində ibadətlərini ediblər. Aşura ayinlərini gerçəkləşdiriblər. Məscidin içərisinə geçə bilənlər isə tibbi maska ilə daxil olublar. Hətta içəridə gigiyena qaydalarına əməl etmək üçün tibbi spirt də qoyulmuşdu.

Məscidin içərisində pandemiya qaydalarına uyğun olaraq ara məsafəsinə də diqqət edilib.

Ümumiyyətlə, səhər saatlarından başlayaraq məscidin içərisində və bayırda - həyətində izdiham hiss olunurdu.

Daha sonra insanlar namaz qılıb, ibadət ediblər. Azərbaycanın ərazi bütövlüyü uğrundan şəhid olan vətən övladlarının ruhuna dualar oxunub. Şəhidliyin islam dünyasındakı rolundan danışılıb. İmam Hüseyninin qatilləri lənətlənilib. (Publika)

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam