Redaktor seçimi
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Günün xəbəri

“Haber Global”: -28 il sonra Şuşadakı doğma evinə qayıdan sakinin tapdığı yeganə əşya - VİDEO

20 İyul , 2021 10:58
“Haber Global”: 28 il sonra Şuşadakı doğma evinə qayıdan sakinin tapdığı yeganə əşya - VİDEO

“28 il sonra azadlığına qovuşan Azərbaycanın mədəniyyət paytaxtı Şuşa indi yaralarını sarıyır. Şuşalılar isə evlərinə qayıdacaqları günü səbirsizliklə gözləyir”.

Yenixeber.org: Bu sözlər “Haber Global”ın 28 il sonra öz evinə geri dönən şuşalı, 61 yaşlı Aydın Qasımov barədə süjetində qeyd olunub.

Aydın Qasımov doğulduğu, boya-başa çatdığı, ailə qurduğu, övladlarının doğulduğu Şuşa şəhərinə 28 il sonra geri qayıdıb.

“Bu günə çox şükür edirəm ki, artıq yenə də Şuşadayıq. Bu gün mən öz evimdəyəm”, - deyə A.Qasımov bildirib.

Şuşada olmağın sevincini yaşayan A.Qasımov şəhərin işğalı zamanı yaşadıqlarından da bəhs edib:

“Bir axşam evə gəldim, gecə şəhəri raketlə vurmağa başladılar. Uşaqlar əllərimdən tutmuşdular, ilk dəfə həyatımda uşaqlara görə qorxudan dizlərimin əsdiyini hiss etdim. Bir anlıq özümü itirdim”.

A.Qasımov Şuşada vaxtilə yaşadığı evi də ziyarət edib. Lakin illər sonra bir zamanlar onun kiçik oğlunun dünyaya gəldiyi evdə onu sadəcə quru divarlar qarşılayıb. Şuşa sakini qeyd edib ki, mənzildə yalnız vaxtilə zivəni saxlamaq üçün hazırladığı dəmir indiyə qədər qalıb.

Ətraflı “Haber Global”ın süjetində:


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam