Redaktor seçimi
“Veysəloğlu”nun toz basmış vitrinləri…- Şirkətin sahibi Aydın Talıbov kimdir ? -
Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
Günün xəbəri

İmişlidə vaksinasiya ölümə səbəb olub(?)-İDDİA


Yenixeber.org: Redaksiyamıza İmişli rayon sakini Mürşüd Mirzəyevin məktubu daxil olub. Məktubda rayonun Cavadxanlı kəndində 09.07.1963-cü il təvəllüdlü Musayev Rasət Məmməd oğlunun 21 mart 2021-ci ul tarixidə vaksinasiya səbəbindən vəfat etdiyindən bəhs olunur. Olayda əsas səbəbkarlar kimi isə icra nümayəndəsi Ehtiram Qasımov və onun qardaşı İmişli Rayon Mərkəzi Xəstəxanasının rəhbəri Eynulla Qasımov göstərilir:  

"İmişli rayonunun Cavadxanlı kəndində 09.07.1963-cü il təvəllüdlü Musayev Rasət Məmməd oglu 21 mart 2021-ci ul tarixində səhərə yaxın vəfat etmişdir. Mərhumun yaxınlarından alınmış dəqiq məlumatlar əsasında məlum olmuşdur ki, 05.03.2021-ci il tarixində Rasət Musayev koronavirusa qarşı İmişli rayon İcra Hakimiyyətinin Qaralar və Cavadxanlı kəndləri üzrə nümayəndəsi Ehtiram Qasımovun təhdidi ilə vaksinasiya edilmişdir.

Qeyd edək ki, mərhum prostat vəzin şişginliyindən və qan təzyiqinin normadan artıq qalxıb enməsindən illərdir ki, şikayəci olmuşdur. Rasət Musayevi vaksinasiya etməyə təhdid edənlərə xəstəlikləri barədə məlumat vermiş və ən başlıcası isə İmişli Rayon Mərkəzi Xəstəxanasının müdiri Eynulla Qasımov mərhuma tam təminat verməklə vaksinasiyanın onun səhhətinə hec bir mənfi təsir göstərməyəcəyini bildirmişdir.

Onu da qeyd etmək yerinə düşər ki, İmişli RİH-nin Qaralar və Cavadxanlı kəndləri üzrə ərazi nümayəndəsi Ehtiram Qasımov İmişli RMX-nin müdiri Eynulla Qasımovla qardaşdır. Onlar sabiq deputat Əsabəli Qasımovun bacısı uşaqlarıdır. Hal-hazırda həmin şəxsləri vəzifə postlarında saxlayan sabiq deputat, «KARMEN» ŞİRKƏTİNİN sahibi Əsabəli Qasmovla yanaşı, hazırda Milli Məclisdə 79 saylı İmişli ərazi dairəsininin mandatını almış Razı Nurullayevdir. Hələ Milli Məclisə seçkilər zamanı dövlət qulluqçusu Eynulla Qasımov İmişli Mərkəzi Xəstəxanasının həkimlərini Razı Nurullayevin təbliğat-təşviqat kampaniyası təşkil etməsinə etiraz olaraq Birinci Qarabağ müharibəsi veteranı və qaziləri tərəfindən döyülmüşdür.

MƏRHUMUN KORONAVİRUSA QARŞI PEYVƏND EDİLDİYİ GÜNÜN SƏHƏRİ İFLİC VƏ BEYİN PARALİCİ KECİRMƏSİ FAKTDIR. LAKİN MƏRHUM ARTIQ DOĞULDUĞU VƏ YAŞADIĞI CAVADXANLI KƏND QƏBİRİSTANLIĞINDA DƏFN OLUNSA DA, RASƏT MUSAYEVİN VƏFATI İLƏ ƏLAQƏDAR ÖLÜMƏ SƏBƏB OLMUŞ ŞƏXSLƏR MARAQLANMAYIBLAR. MƏRHUMUN VAKSİNASİYADAN SONRA İFLİC OLMASI VƏ PARALİC KEÇİRMƏSİNDƏN İMİŞLİ RMX-nın rəhbərliyi xəbərdar olub.

Görəsən, dövlət vətəndaşının maraqlarını müdafiə edəcəkmi? Vaksinasiyada dünyasını dəyişmiş Rasət Musayevin ailəsinə kopensasiya ödənəcəkmi?".
P.S. Yazıda adı hallanan  Ehtiram Qasımov bizimlə telefon danışığında faktı təsdiqləsə də,  iddialarla razılaşmadı: Həmən gün 50 nəfərə vaksin vurulub, bizim də borcumuzdur bu işə köməklik edək. Özü zəng vurdu vaksin olunmaq istədi, ambulansda da vaksin olunub.
P.P.S. Ehtiram müəllim beləcə-qısaca cavab verdi və digər suallarımıza əsəbi reaksiya verməklə telefonu qapatd.(?)  



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam