Redaktor seçimi
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -
Günün xəbəri

“Relax”da meyiti tapılan çayçının atası oğlunun öldürüldüyünü iddi edir -VİDEO


Xəbər verdiyimiz kimi, Lerikdə yerləşən “Relax” istirahət mərkəzində çayçı işləyən Lənkəran rayonunun Təngivan kənd sakini 1980-ci il təvəllüdlü Sücayev Anar Hüseyn oğlunun meyiti tapılıb. Onun meyiti təxminən istirahət mərkəzindən 20 metr aralıdakı çayda aşkar edilib.

Yenixeber.org: Mərhumun atası Hüseyn Sücayev oğlunun silahla öldürüldüyünü iddia edib: “Onun ayaq izlərini gördüm. Ordan sürüşüb birbaşa daş üstə düşmək mümkün deyil. Ona zərbə vurulub və sonra sürüşüb. Sonra düşüblər aşağı. Onu tək heç kim öldürə bilməz. Oğlum idmançı uşaq idi, onu ancaq silahla öldürmək olar”.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, "Relax" istirahət mərkəzi Lerikin deputatı İqbal Məmmədovundur.
Xatırladaq ki, "Relax" istirahət mərkəzi 2019-cu ildə ciddi qalmaqalla gündəmə gəlmişdi. Belə ki, 2019-cu ilin avqustunda istirahət mərkəzini işlədən deputatın oğlu Mirhəmid Nərimanlı, qardaşı oğlu Orxan Nərimanlı və bacısı oğlu Pərviz Vergilər Nazirliyinin əməkdaşlarına hücum çəkərək onları döymüşdü.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam