Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

İqbal Məmmədovun oğlu “Relax”da iranlı turistləri döydü

Lerikin deputatı İqbal Məmmədovun oğlu 31 dekabrda “Relax” istirahət mərkəzində dava salıb.

Yenixeber.org: Bu barədə hadisə şahidləri saytımıza məlumat veriblər.

Onlar deyiblər ki, deputatın oğlu bayram günlərində tətil etmək məqsədilə “Relax”da olub və orada istirahət edən iki iranlı ilə dalaşıb.

Mənbə bildirib ki, deputatın oğlu “butulka” ilə iranlının birinin başına zərbə endirib, digərini isə möhkəmcə döyüb.

Deputat İqbal Məmmədov AzToday.az-a açıqlamasında məlumatı təkzib edib.

O bildirib ki, bayram günlərində özü də “Relax”da olub və məlumat həqiqətəuyğun deyil: “Mən özüm də orada olmuşam, ailəvi bayramı rayonda qeyd etmişik. Oğlum heç kəslə dalaşmayıb və deyilənlər yalandır”.

”Relax” Lənkəran-Lerik yolunun 33-cü km-də yerləşir. İstirahət mərkəzi ilin bütün fəsillərində yerli və xarici turistlərə xidmət göstərir.

İqbal Məmmədov 2010-cu ilin noyabrında IV çağırış Milli Məclisə keçirilən seçkilərdə 78 saylı Lerik seçki dairəsindən deputat seçilib.

2015-ci il Azərbaycan Respublikası Milli Məclis(V çağırış) seçkilərində Yeni Azərbaycan Partiyasından namizədliyi irəli sürərək, yenidən 78 saylı Lerik seçki dairəsindən millət vəkili olaraq seçilib.(aztoday.az)

Murad Əhmədzadə


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam