Redaktor seçimi
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Günün xəbəri

Oğuzda -həmkəndlilərinin mal-qarasını oğurlayan şəxslər saxlanılıb

 

         Oğuz Rayon Polis Şöbəsinə Xaçmaz kəndi ərazisindəki örüş sahəsindən bir baş dananın oğurlanması barədə müraciət daxil olub.

         DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan yenixeber.org-a verilən məlumata görə, daxil olmuş müraciət əsasında keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törədən şəxslərin zərərçəkmişin həmkəndliləri, əvvəllər məhkum olunmuş Elməddin Seydəliyev və Samir Şəkərəliyev olduqları müəyyən edilərək şübhəli şəxs qismində saxlanılıblar.

         Davam etdirilən tədbirlərlə E.Seydəliyev və S.Şəkərəliyevin  aprel-may aylarında Xaçmaz kəndində ayrı-ayrı şəxslərə məxsus, ümumi dəyəri 6 min manata yaxın olan 3 baş iribuynuzlu və 23 baş xırdabuynuzlu mal-qaranı oğurladıqları da məlum olub. Onlar ifadələrində törətdikləri cinayət əməlini etiraf edərək, heyvanları Ağdaş, Bərdə, Mingəçevir və Göyçay  rayonlarındakı bazarlarda satdıqlarını bildiriblər.

         Faktla bağlı Oğuz Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, saxlanılan şəxslərin digər cinayət əməlllərində iştiraklarının olub-olmaması araşdırılır.

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam