Redaktor seçimi
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Günün xəbəri

Azərbaycanda karantin rejimi yumşaldılacaq, bu QADAĞALAR LƏĞV OLUNACAQ -Həkim AÇIQLADI (VİDEO)

Azərbaycanda karantin rejimi yumşaldılacaq, bu QADAĞALAR LƏĞV OLUNACAQ - Həkim AÇIQLADI

“Yaxın günlərdə karantin rejimi ilə bağlı yumşalmaların olacağı gözlənilir”.

Yenixeber.org: Bunu Azərbaycan Həkimləri İctimai Birliyinin İdarə Heyətinin üzvü Ədalət Rüstəm deyib.

Həkim bildirib ki, yumşalma ilə bağlı qərarın verilməsi üçün hazırda ölkəmizdə münbit şərait yaranıb: “Qarşıdan “Formula-1” çempionatı gəlir. Eyni zamanda futbol üzrə Avropa çempionatının oyunları da Bakıda keçiriləcək. Bu baxımdan düşünürəm ki, yaxın günlərdə yumşalma olacaq. Bununla bağlı qərarın verilməsi üçün hazırkı epidemioloji vəziyyət imkan verir. Vəziyyət münbitdir. Hər kəs yumşalmanın olacağını gözləyir. Ona görə də bu qərar gözləniləndir və çox böyük ehtimalla da olacaq”.

Ə.Rüstəm qeyd edib ki, son günlər virusa yoluxanların sayı azalıb və bu da yumşalma ilə bağlı qərarın verilməsinə təsir edəcək: “Yoluxmalar gündən-günə azalacaq. Ölüm hallarının da azaldığını müşahidə edirik. Ölənlərin sayı qarşıdakı günlərdə daha da azalacaq və sağalanların sayı artacaq. Vaksinasiya da aparılır. Bu baxımdan yumşalma tədbirləri üçün münbit şərait yaranıb”.

Həkim metropolitenin fəaliyyətə başlamasını, toyların keçirilməsini və çimərliklərin açılmasını da məqbul hesab edir.


 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam