Redaktor seçimi
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -
Günün xəbəri

“Karantin rejimi yumşaldılmalı, əhalinin rayonlara gediş-gəlişinə icazə verilməlidir” -Deputatdan hökumətə ÇAĞIRIŞ

"Sentyabrın 1-dən etibarən Azərbaycanda karantin rejimi yumşaldılmalıdır, əhalinin rayonlara gediş-gəlişinə icazə verilməlidir".

Yenixeber.org: Bu fikirləri Azərbaycan Respublikasının keçmiş Baş nazirinin birinci müavini, Milli Məclisin deputatı Vahid Əhmədov bildirib.

Vahid Əhmədov deyib ki, sentyabrın 15-dən etibarən dərslərin başlanmasına icazə verilməsi istisna deyil.

Onun sözlərinə görə, artıq insanları karantin rejiminin yaratdığı gərginlikdən çıxartmaq lazımdır:

"Dövlət başçısı və hökumət koronavirusa qarşı çox vacib addımlar atıb, insanların sağlamlığının qorunması ən əsas məsələyə çevrilib. Son zamanlar həyata keçirilən karantin tədbirlərindən sonra insanlar kifayət qədər maarifləniblər, tibbi maskalardan istifadə edirlər, qaydalara əməl edirlər. Artıq rəsmi rəqəmlər də göstərir ki, yoluxmaların sayında ciddi azalmalar var, ölüm hallarının sayı azalıb. Ona görə də hesab edirəm ki, Azərbaycanda karantin rejimi artıq yumşaldılmalıdır. Toy qalmaqalı isə tamamilə başqa məsələdir. Burada qanunu pozanlar öz cəzalarını alıblar və bundan sonra da alacaqlar".

Deputat qeyd edib ki, karantin rejiminin davam etdirilməsi Azərbaycan iqtisadiyyatına da ciddi zərər vurur:

"Karantin rejiminin iqtisadi tərəfini də düşünmək lazımdır. İnsanlar işsizdirlər, onların iş yerlərini bərpa etmək lazımdır. Bütün bunlar insanların gündəlik həyat şəraitinə ciddi təsir edən amillərdir. İnsanları evdə saxlamaq olmaz, bu, psixoloji gərginlik yaradır. Düşünürəm ki, bütün bunları nəzərə alaraq sentyabrın 1-dən etibarən yumşalma həyata keçirilməlidir. Amma yumşalma ilə yanaşı karantin qaydalarına əməl edilməsinə də nəzarət olunmalıdır. Elə etmək lazımdır ki, insanlar iş yerlərində, ayrı-ayrı məkanlarda karantin qaydalarına əməl etsinlər. Bütün bunlar insanlarımızın da ürəyincə olardı".(demokrat)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam