Redaktor seçimi
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Günün xəbəri

Peskov:“Rusiya və Türkiyə Qarabağda Birgə Monitorinq Mərkəzinin işi ilə bağlı sıx qarşılıqlı əlaqə qurub”

 

Rusiya Türkiyənin ən çətin məsələlərin həllində belə kompromis axtarışında olma iradəsini yüksək qiymətləndirir. 

Yenixeber.org: Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Rusiya-Türkiyə münasibətlərini qiymətləndirərkən deyib:

“Sözsüz, Türkiyə Rusiya Federasiyasının çox vacib, strateji tərəfdaşıdır”.

O, iki ölkənin demək olar ki, bütün regional məsələlərdə, xüsusən də Qarabağdakı Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin işi ilə bağlı sıx qarşılıqlı əlaqə qurduğunu vurğulayıb.

“Bilirsiniz ki, Suriyada baş verən çətin anlara baxmayaraq Suriya ilə bağlı birgə fəaliyyət çox aktiv şəkildə aparılır və iki prezident hər zaman kompromisə getməyi bacarır”, - deyə Peskov bildirib.

O əlavə edib ki, hər iki ölkənin geniş ticarət və iqtisadi əlaqələr kompleksi var və bu əməkdaşlıq Rusiya Federasiyası ilə Türkiyə arasındakı münasibətlərin əsas təməlidir: “Bilirsiniz ki, söhbət həm uzunmüddətli layihələrdən, həm də enerji sektorundakı əməkdaşlıqdan gedir. Bu əlaqələr çox böyükdür və söhbət real tərəfdaşlıqdan, qarşılıqlı faydalı əməkdaşlıqdan gedir”.(“RİA Novosti”)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam