Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Rusiya da Türkiyəyə "HƏ" dedi–Suriyanın ərazi bütövlüyü şərti ilə…

 


 

Rusiya KİV-nin istintaqdan verdiyi xəbərə görə, Moskva ümid edir ki, Türkiyə Suriyanın ərazi bütövlüyü postulatına sadiq qalacaq. Bu barədə oktyabrın 7-də Rusiya Federasiyası (RF) prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan edib.

Yenixeber.org: Beləliklə, Kreml Suriyanın şimal-şərqində hərbi əməliyyatın başlanması barədə Türkiyə tərəfinin bəyanatını şərh edib.

Peskov qeyd edib ki, bu zaman Kremldə Türkiyənin təhlükəsizliyinin təmin olunması və Suriya ərazisində gizlənmiş terrorçularla mübarizə istqamətindəki fəaliyyətini mümkün hesab edirlər. Onun sözlərinə görə, Rusiya və Türkiyə liderləri hələlik Ankaranın Suriya ərazisində hazırladığı əməliyyat barədə söhbət etməyiblər.

ABŞ-ın bu əməliyyatda iştirakdan imtina etməsi barədə sualı cavablandıran Peskov, Putinin sözlərini xatırladıb: «Ümumiyyətlə, Suriyada yerləşən bütün güclər legitim deyillər və ölkəni tərk etməlidirlər».

«Suriya kürdləri ilə dialoq axtarmaq lazımdırmı?» – sualına mətbuat katibi cavab verib ki, «Suriya tənzimləməsinə gedən yoldakı bütün maneələrdən qaçmaq lazımdır».

Göründüyü kimi, Kremlin bu şərhi Türkiyənin hazırladığı əməliyyata yaşıl işıq yandırmaq anlamına gəlir.

Cəmi bircə gün əvvəl (Tramp məlum qərarı verməzdən əvvəl) isə Suiriya kürdlərinin lideri Suriyanın şimal-şərqinə hücum edəcəyi tədirdə, Türkiyəni «total müharibə» ilə hədələmişdi.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam