Redaktor seçimi
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
Günün xəbəri

Polina Rəhimova: -"Müharibədə itki verən uşaqlara kömək etmək istəyirəm"

Polina Rəhimova: Müharibədə itki verən uşaqlara kömək etmək istəyirəm

Azərbaycan millisinin sabiq voleybolçusu Polina Rəhimova Beynəlxalq Voleybol Federasiyasınn (FIVB) İdman Komissiyasına namizədlərdən biri olmasına münasibət bildirib.

Yenixeber.org: 31 yaşlı hücumçu bu barədə "worldofvolley"ə açıqlama verib.

Rəhimova FIVB-in layihələrinin bir hissəsi olmağa hazır olduğunu söyləyib: "Voleybol mənim həyatımdır, indi voleybola qayıtmaq vaxtı gəlib. Uzun illlər müxtəlif ölkələrdə və qitələrdə - Avropa, Asiya, Cənubi Amerikada yüksək səviyyəli voleybol oynadım. Dünya rekordunu qırdım, çox mükafat qazandım, fərqli voleybol mədəniyyətlərini öyrəndim. Həyatımın yarıdan çoxunu voleybolda keçirmişəm. Gələcəyimiz olan uşaqlar vasitəsilə onun bir parçasına çevriləcəyəm. Uşaqlarımız daha yaxşı həyat qurmağımız üçün şansdır və təcrübəmi voleybola ac olan gənc oyunçularla bölüşmək istəyirəm".

Təcrübəli oyunçu Vətən müharibəsindən də danışıb: "Mən dinc dünya istəyirəm. Ölkəm İkinci Qarabağ müharibəsindən yeni çıxıb. Bu müharibədə ailələrini itirən çoxlu sayda uşaq var. Mən onların reabilitasiyasına kömək etmək istəyirəm. Bunu edə biləcəyim ən yaxşı yol voleyboldur. Federasiyamız və mən bu uşaqların sağ qalmasına kömək edəcəyik. Hobbi olaraq həyatımda çox səyahət etdim, amma voleybolu sevən, lakin yaxşı təşkil edə bilməyən ölkələrə voleybol ehtirasını gətirmək üçün bacardığım qədər səyahət etmək istəyirəm".


Facebook-da paylaş

Yeni xəbərlər

Yenixeber Tv

<iframe width="622" height="575" src="https://www.youtube.com/embed/eRkyhD8ICDo" title="Tramp dəstəyi kəsərsə, nə olacaq? | Ukraynaya böyük təhlükə" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" referrerpolicy="strict-origin-when-cross-origin" allowfullscreen></iframe>

Reklam

Reklam