Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“Naxçıvan” müqavilə bağladı:Dünya və Avropa çempionu ilə

voleybol

Kişi voleybolçulardan ibarət “Naxçıvan” klubunun gücləndirilməsi davam edir.

Xeberinfo.com:   Apasport.az saytının məlumatına görə, muxtar respublika təmsilçisinin heyətinə yeni oyunçularla yanaşı, yeni baş məşqçi də dəvət edilib.

Belə ki, Azərbaycan Yüksək dəstəsində 10 turdan sonra 4-cü pillədə qərarlaşan komanda təcrübəli Aleksandr Çyornıya həvalə edilib. SSRİ yığması ilə dünya və Avropa çempionu olan rusiyalı ilə əməkdaşlıq uzun müddətə nəzərdə tutulub.

Voleybolçu karyerası ərzində əsasən Moskva MOİK-ində oynayan Çyornı 10 dəfə SSRİ çempionu, 4 dəfə İttifaq kubokun sahibi və 6 dəfə avrokubokların qalibi adını qazanıb. 1996-cı ildən məşqçilik fəaliyyətinə başlayan “Naxçıvan”ın yeni çalışdırıcısı “Oktan”da (Novokuybışevsk) icraçı direktor da işləyib.

Mütəxəssislə yanaşı, komandaya 2 yeni voleybolçu da cəlb edilib. Bunlar Dmitri Baranov və Aleksandr Vasilyevdi.

23 yaşlı Baranov blokçudu. 200 sm boya malik voleybolçu “Lokomotiv-2” (2007-2012) və “Kuzbass-2” (2012-2016) klublarında forma geyinib. O, 2014/2015 mövsümündə mübarizə apardığı çempionatın ən yaxşı blokçusu seçilib. Bunadək isə aşağı liqalarda adından söz etdirib.

Vasilyev isə 1990-cı il təvəllüdlüdü. Hücumçu olan Aleksandrın da boyu 200 sm-di. O, “Naxçıvan”a 2012-ci ildən çıxış etdiyi “Yaroslaviç”dən transfer edilib. Voleybolçu 2010-2012-ci illərdə isə Krasnodar “Dinamo”sunun şərəfini qoruyub.

Bu “üçlük” artıq komandaya təqdim olunub.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam