Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
    QHT-lərə Dövlət Dəstəyi Agentliyindən növbəti saxtakarlıq – 
Günün xəbəri

Azad edilmiş ərazilərdə yeni idman obyektləri tikiləcək -RƏSMİ

Azad edilmiş ərazilərdə yeni idman obyektləri tikiləcək -  RƏSMİ
İşğaldan azad edilmiş torpaqlarda müasir standartlara cavab verən idman obyektləri tikilib istifadəyə veriləcək.
Yenixeber.org: Bu barədə Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova deyib. O bildirib ki, buna uyğun dövlət tərəfindən investisiya proqramı hazırlanacaq.

"Qayıdışdan sonra işğaldan azad olunan rayonlarımızda proqram əsasında mərhələli şəkildə müasir, dünya standartlarına uyğun idman obyektləri tikilib istifadəyə veriləcək. Həmin rayonlarda vaxtı ilə mövcud olan idman obyektləri ermənilər tərəfindən dağıdılıb".



İşğaldan azad olunmuş Cəbrayıl, Zəngilan, Ağdam, Füzuli, Qubadlı, Kəlbəcər, Şuşa və Laçında əvvəllər mövcud olmuş həmin obyektlər bunlardır: 

Cəbrayıl: Şəhər stadionu, Böyük Mərcanlı kənd stadionu, İdman zalı, Şahmat Məktəbi, kənd futbol meydançaları – altı ədəd

Zəngilan: Səməd Vurğun adına şəhər stadionu, Uşaq-Gənclər İdman Məktəbi, Şahmat Məktəbi, Güllə Atıcılığı Tiri, futbol, voleybol, basketbol meydançası, Mincivan qəsəbə şahmat məktəbi, kənd futbol meydançaları – 13 ədəd

Ağdam: “İmarət” stadionu, “İdman şəhərciyi” İdman-Sağlamlıq Parkı, Güllə Atıcılığı Tiri, Şahmat Evi, Üzgüçülük Mərkəzi, kənd futbol meydançaları – 26 ədəd, kənd voleybol meydançaları – 26 ədəd

Qubadlı: Şəhər stadionu, Uşaq-Gənclər İdman Məktəbi, Şahmat Məktəbi, şəhərdə voleybol meydançası – üç ədəd, kənd futbol meydançaları – 19 ədəd

Kəlbəcər: Şəhər stadionu, Uşaq-Gənclər İdman Məktəbi, Şahmat Məktəbi, Güllə Atıcılığı Tiri, kənd futbol meydançaları – 14 ədəd

Şuşa: Şəhər stadionu, Uşaq-Gənclər İdman Məktəbi, “Qarabağ” Pioner İdman Düşərgəsi, Şahmat Məktəbi, Şahmat Klubu, Güllə Atıcılığı Tiri, futbol-voleybol meydançası

Laçın: Şəhər stadionu, voleybol meydançaları – üç ədəd, İdman zalı, Şahmat Məktəbi, kənd futbol meydançaları – 28 ədəd, kənd voleybol meydançaları – 15 ədəd.

Füzuli: Şəhər stadionu, Uşaq-Gənclər idman məktəbi, güllə atıcılığı tiri - 2 ədəd, Şahmat məktəbi və kənd futbol meydançaları -18 ədəd.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam