Redaktor seçimi
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin şübhəli qrantları seriyasından... - 
Məhəmməd Musayev Saleh Məmmədovu necə aldadır? -
Gəncə Dövlət Universitetində baş verənlər şok edir...  Rektor Yusif Yusibovun adı ağır cinayət iddialarında: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - 
QHT-lərə Dövlət Agentliyindən Nazirlər Kabinetinə sayqısızlıq -
“Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi ifşa olunur: reklam təşkilatının nikah layihəsinə dəstək -
Günün xəbəri

Erməni İşğalı vaxtı dağıdılmış idman obyektləri -SİYAHI


Gənclər və İdman Nazirliyi azad edilən ərazilərdə işğaladək mövcud olmuş idman obyektlərinin siyahısını hazırlayıb.
Yenixeber.org: Bu barədə Nazirliyin Mətbuat katibi Səmayə Məmmədova məlumat verib. Bildirib ki, ermənilər tərəfindən Zəngilan, Ağdam, Qubadlı, Kəlbəcər, Şuşa və Laçında ümumilikdə 37 idman qurğusu dağıdılıb.

Həmin qurğular bunlardır:

Zəngilan: Səməd Vurğun adına şəhər tadionu, Uşaq-Gənclər İdman Məktəbi, Şahmat Məktəbi, Güllə Atıcılığı Tiri, futbol, voleybol, basketbol meydançası, Mincivan qəsəbə şahmat məktəbi, kənd futbol meydançaları - 13 ədəd.
Ağdam: "İmarət" stadionu, "İdman şəhərciyi" İdman-Sağlamlıq Parkı, Güllə Atıcılığı Tiri, Şahmat Evi, Üzgüçülük Mərkəzi, kənd futbol meydançaları - 26 ədəd, kənd voleybol meydançaları - 26 ədəd.
Qubadlı: Şəhər stadionu, Uşaq-Gənclər İdman Məktəbi, Şahmat Məktəbi, şəhərdə voleybol meydançası - 3 ədəd, kənd futbol meydançaları - 19 ədəd.
Kəlbəcər: Şəhər stadionu, Uşaq-Gənclər İdman Məktəbi, Şahmat Məktəbi, Güllə Atıcılığı Tiri, kənd futbol meydançaları - 14 ədəd.
Şuşa: Şəhər stadionu, Uşaq-Gənclər İdman Məktəbi, "Qarabağ" Pioner İdman Düşərgəsi, Şahmat Məktəbi, Şahmat Klubu, Güllə Atıcılığı Tiri, futbol-voleybol meydançası
Laçın: Şəhər stadionu, voleybol meydançaları - 3 ədəd, İdman zalı, Şahmat Məktəbi, kənd futbol meydançaları - 28 ədəd, kənd voleybol meydançaları - 15 ədəd.

Məmmədova bildirib ki, bu obyektlər erməni vəhşiliyinin qurbanı olub: "Təbii ki, biz bu torpaqlara qayıdandan sonra daha yaxşıları olacaq. Yenidənqurma işləri Dövlət İnvestisiya Proqramına uyğun olaraq, mərhələli şəkildə həyata keçiriləcək. İdman qurğuları və obyektləri müasir tələblərə uyğun yenidən tikiləcək və bərpa olunacaq".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam