Redaktor seçimi
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
Günün xəbəri

“Ermənistanda ordunu maliyyələşdirən gizli güclər...” -Polkovnik

“Ermənistanda ordunu maliyyələşdirən gizli güclər...” - Polkovnik

Rusiya kanallarının yaydığı məlumata görə, Ağdamda Rusiya sülhməramlıları ilə erməni silahlı qüvvələri arasında atışma baş verib. Bizimyol.info xəbər verir ki, iddialara görə atışma zamanı 18 erməni əsgəri və 4 sülhmərəmlı həyatını itirib.

Yenixeber.org: Bu xəbərlərin ardından Paşinyanın Putinə zəng vurması və ordunun onun əmrinə tabe olmadığını bildirməsi ilə bağlı xəbərlər dərc edilməyə başladı.

Hazırkı vəziyyətdə bu xəbərlərin doğru olub-olmamağı hamıda sual doğurur. Bu sülhməramlıların sayını artırmaq üçün nəzərdə tutulmuş bir oyun ola bilərmi? Yoxsa, həqiqətən ordu artıq Paşinyanın əleyhinə qalxıb və onun əmrlərini həyata keçirmir? 

Polkovnik Şair Ramaldanov münaqişəni müəyyən formada uzatmaqda maraqlı qüvvələrin olduğunu bilirib. “Bu baş verən hallar bir daha Ermənistan hakimiyyətində və qurumlarında olan xaosdan xəbər verir. Paşinyanın nüfuzu artıq yox səviyyəsindədir. Münaqişəni müəyyən formada uzatmaqda maraqlı qüvvələr var. Paşinyanın əlbəttə hərbi-siyasi hakimiyyətinin köçməsi öncəsi bu proseslər daha da çox təsiredici gücə malikdir.

Sülhməramlıların bu hadisədən sonra sayını çoxaldılmasına inanmıram. Heç buna ehtiyac da yoxdur. Çünki, hələki sülhməramlıların hamısı Qarabağa gəlməyib. Sadəcə bir hissəsi gəlib yerləşib. Düşünürəm ki, tabe olmayan qüvvələr üçün Rusiyanın başqa təsir mexanizləri var. Bunlar təbii prosseslərdir. Paşinyanın məcbur olub qol çəkdiyi sənəd ortaya çıxanda etiraz edənlər çox idi və onlar müəyyən silahlı qüvvələr idi.

Bilirik ki, Ermənistan müharibə zamanı ordusunda döyüşmək üçün muzdlu əsgərlər, terrorçular yerləşdirirdi. Düşünürəm elə həmin qüvvələr hansısa təşkilatlar tərəfindən maliyyələşdirilib və indi də bu prossesi əngəlləməyə çalışırlar. Əsas maliyyə mənbəyi olmasa heç bir silahlı qurum fəaliyyət göstərə bilməz. Əgər indi Paşinyan onları maliyyələşdirmirsə, deməli maraqlı qüvvələr onları öz əlinə alıb və indi həmin ordu onların sifarişlərini həyata keçirir. Gec -tez bütün məsələlər öz həllini tapacaq. Yaranan vəziyyətə görə qərarlar qəbul ediləcək.

Hələ sülhməramlılar yerləşən ərazilərdə bir müddət atışmalar olacaq. Bu çox normal haldır”,- deyə polkovnik bildirib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam