Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

PAŞİNYAN OĞLUNU QARABAĞDAN ÇIXARDI –"Qarabağ klanı"ndan, yoxsa Azərbaycanın hücumundan qorxur?

Ermənistanın baş naziri Nikol Paşinyanın oğlu Aşot Paşinyan Dağlıq Qarabağdakı hərbi hissədən çıxarılaraq, İrəvandan 7 km aralıda yerləşən Sovetaşen hərbi hissəsinə köçürülüb.

Yenixeber.org: Bununla bağlı erməni saytları məlumat yaydıqdan sonra mövzu sosial şəbəkə istifadəçiləri arasında geniş müzakirəyə çıxarılıb və əsas vurğu da ona yönəlib ki, oğlunu Qarabağdan İrəvana yaxın hərbi hissəyə köçürməklə, Paşinyan onun üçün daha təhlükəsiz şəraitə nail olmaq istəyir.

“Ermənistanın baş naziri Nikol Paşinyan oğlu Aşot Paşinyanı Azərbaycanın işğal edilmiş ərazilərindəki hərbi hissədən – Qarabağdan çıxararaq Ermənistandakı hərbi hissələrdən birinə aparması onu göstərir ki, onun “Qarabağ klanı” ilə çox ciddi problemləri var”.

Bunu isə hərbi ekspert, ehtiyatda olan polkovnik Şair Ramaldanov AZƏRTAC-a açıqlamasında deyib.

 Ş.Ramaldanov bildirib ki, N.Paşinyan ucuz populizim xatirinə oğlunu Dağlıq Qarabağda xidmət etməyə göndərmişdi. İndi isə “Qarabağ klanı”, xüsusilə Koçaryan tərəfdarları ilə çox ciddi problemləri olduğu üçün oğlunu təhlükəsiz yerə – Ermənistandakı hərbi hissələrdən birinə köçürüb: “Digər səbəb isə Ermənistan cəmiyyətində Azərbaycanın artıq savaşa başlamağa hazır olduğundan doğan təşviş və narahatlıqdır. Ona görə Azərbaycan Ordusunun təlimlərindən öncə oğlunu təhlükəsiz yerə çıxarıb. Bu isə erməni rəhbərlərin bütün məsələlərə münasibətlərinin səmimi olmadığını, sadəcə populizmlə məşğul olmalarını, hətta maraqları xatirinə övladlarındn, ailəsindən belə istifadə etmələrini göstərir. Real vəziyyət budur”.

“Düşünürəm ki, N.Paşinyan Qarabağ klanı ilə aralarında olan soyuqluğu müəyyən qədər bəhanə edərək, oğlunu Ermənistana gətirib. Bu, bir daha Ermənistanın Azərbaycan Silahlı Qüvvələrindən qorxduğunu göstərir. O, Azərbaycanın atacağı addımlardan çəkinərək məhz bu formada öz oğlunu təhlükəsiz əraziyə çıxarıb”, – deyə Ş.Ramaldanov qeyd edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam