Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

TEST ÜSULU QƏSDƏN GÖZDƏN SALINIR -Tələbə qəbulunda abuturiyentlər üçün “tələ”lər hazırlanıb

Qaragüney standartıyla bilik verib, Kembric standartıyla imtahan götürərlər?

Keçən il test üsulu ilə tələbə qəbulunda ənənəvi qaydaların radikal şəkildə dəyişdirilməsi, yeni hoqqalar çıxarmaqla düzənin pozulması zamanı ictimaiyyətin narahatlığını nəzərə alaraq bir tənqidi yazı yazmışdım.

Yenixeber.org: İllər öncə qurulmuş və abituriyentlərin vərdiş etdiyi bu qaydaların tətbiqinin son nəticədə imtahanda gənclərə yüksək ballar toplamaqda mane olduğunu, bu səbəbdən yüksək ballar toplayanların azaldığından bəhs etmişdim.

DİM sədri Məleykə Abbaszadə isə mətbuat konfransında bu iradlara cavab vermiş, hətta öz erudusiyasını göstərərək, “İqor polku haqqında dastan” əsərindən sitat gətirmiş, iradlarımı rusca “Yaroslavna plaç” (“Yaroslavnanın ağısı”) adlandırmışdı. Elə çıxırdı ki, mən 700 bal toplamayanlar üçün ağı deyirəm, ah-nalə edirəm.

Ancaq gerçəkdən də ağlamalı durum idi. Anlaşılmırdı: 2018-ci ildə 27 abituriyentin ən yüksək – 700 bal toplaması, yüzlərlə gəncin isə 650-dən çox bal yığması DİM rəhbərliyini nədən narahat edib ki, onlar tez-tələsik “islahat keçirərək”, növbəti ildə müvəffəq abituriyentlərin ixtisar olunmasını hədəfləyiblər və 2019-cu ildə buna nail olublar. Qeyd edək ki, ötən il 700 bal toplayan olmadı. 2018-ci ildə 635 balla ödənişli yerləri seçməyə məcbur olan abituriyentlər olduğu halda, 2019-da artıq bu göstərici 560-a qədər endi.

Belə görünürdü ki, bir ilin içində abituriyentlər “savadsızlaşıb”. Əslində isə elə deyildi. Abituriyentlərin əxz edəcəyi predmetlər artırılmış və çətinləşdirilmişdi. İndi də elədir. Son iki ilin abitiriyentləri bundan əvvəlki illərdəki həmyaşıdlarından daha çox oxumağa, hazırlaşmağa məcburdurlar.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam