Redaktor seçimi
Balakənin “mer”i dövlətin pulun “hərşeyşünas” şirkətə etibar edir -
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
Günün xəbəri

700 bal toplayanlarla bağlı iradlara cavab verildi

700 bal toplayanlarla bağlı iradlara cavab verildi
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən ali məktəblərə keçirilən qəbul imtahanlarında 700 bal toplayan abituriyentlərin sayının ötən illərlə müqayisədə çox olması müzakirələrə səbəb olub. Bəzi ekspertlər hesab edirlər ki, imtahanlarda qeydə alınan rekord nəticə sualların təkrar, yaxud asan olması ilə əlaqədardır.
Yenixeber.org: Milli Məclisin Elm və təhsil komitəsinin sədri, AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli məsələyə münasibət bildirib. Komitə sədri AzVision.az-a açıqlamasında deyib ki, DİM tərəfindən keçirilən imtahanlarda sualların çətinlik səviyyəsi eynidir, belə olmasaydı qazanılan nəticələrin əhəmiyyəti olmazdı.

İ.Həbibbəyli hesab edir ki, maksimum nəticə göstərən abituriyentlərin sayının artması təhsil sistemində aparılan islahatlarla əlaqədardır.



“Dövlət İmtahan Mərkəzi kifayət qədər obyektiv qurumdur və elan etdiyi şərtlərə kütləvi münasibət olmur, əksinə cəmiyyət bunu qəbul edir. Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən imtahanların nəticəsi kimi çoxlu sayda abituriyentin yüksək bal toplamasını yüksək qiymətləndirirəm. Bu, bizim təhsil sistemizdə son illərdə aparılan islahatların nəticəsidir. “Təhsil haqqında” qanuna bəzi dəyişiklər və düzəlişlər edilib, bu sahədə ardıcıl islahatlar həyata keçirilir. Bunlar təhsilin keyfiyyətində özünün müsbət təsirini göstərir. Prosesə tam baxanda rekord sayda abituriyentin 700 bal toplamasını qanunauyğun hesab edirəm”.

Aytən Zəhra

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam