Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

Şamaxı DSMF naziri hədəfə gətirir... -"Pulu olmayanı adam hesab etmirlər"

Şamaxı DSMF naziri hədəfə gətirir...
Dünən saytımıza daxil olan bir şikayət məktubunu diqqətinizə təqdim etmişdik. Belə ki, redaksiyamıza müraciət edən Şamaxı sakini Telman Camalov ünvanlı sosial yardım ala bilməməsindən giley-güzar edir.
Yenixeber.org: Narazı vətəndaşın iddiasına görə, Dövlət Sosial Müdafiə Fondunun Şamaxı Rayon Şöbəsində ona süni maneələr yaradılır:

“Orada işləyənlərin hamısı rüşvətxorluqla məşğuldur. Kimin pulu varsa, ona ünvanlı sosial yardım düzəldirlər. Pulu olmayanı isə adam hesab etmirlər. Oğlum evlidir, iki övladı var. Ailəsi ilə birgə mənim evimdə yaşayır. Hazırda evdə doqquz nəfərdən ibarət böyük bir ailəyik. Fondun rayon şöbəsində mənə deyirlər ki, sənə sosial yardım düşmür. Deyir ki, gərək oğlunun ayrı evi ola. Əgər mən oğluma ev tikə, yaxud kirayəyə çıxara bilmirəmsə, onu necə ayrı evə sala bilərəm? Oğlum ayda iki yüz manat maaş alır. Bu pulla nəfərlik ailəni saxlamaq olar? 57 yaşım var, hara iş axtarmağa gedirəm, mənə deyirlər ki, sənin müddətin keçib, işləyə bilməzsən. Yaxşı, mən işləyə bilmirəm. Oğlum da mənim evimdə yaşayır. Biz neyləməliyik? Torpaq ala bilmirik, ev tikə bilmirik. Bəs mən yazıq neyləyim? Gəlib, özləri baxsınlar ki, doqquz nəfər adam bir evdə hansı şəraitdə yaşayır. Bunlar camaata düşmən kəsiliblər, acından öldürürlər”.

Bildiririk ki, bu məsələ ilə bağlı yerli RİH-ə də müraciət olunub. Bu barədə danışan Şamaxıdakı müxbirimiz qeyd edir ki, məsələ ilə əlaqədar yerli RİH də DSMF-nin nəinki Şamaxıdakı rəhbərliyinə müraciət edib, eləcə də DSMF rəhbərliyinin özünü də məlumatlandırıb.

Görünəni odur ki, vətəndaş narazılığı Sahil Babayevin işçiləri üçün o qədər də önəm daşımır. Mövzu diqqətimizdədir...

Qarşı tərəfi də dinləməyə hazırıq...(dia.az)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam