Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Bu rayonda ünvanlı sosial yardım satılır - ŞOK

 

Sosial Müdafiə Mərkəzinin direktoru Nəsrulla Həsrətov inspektorlarını makler kimi işlədir 

Xeberinfo.com:  Zaqatalı Əhalinin Sosial Müdafiəsi Mərkəzində açıq azar fəaliyyət göstərir.

Bu barədə Jam.az-a rayon sakinləri məlumat veriblər. 

Onların bildirdiyinə görə, rayon SMM-in direktoru Nəsrulla Həsrətov inspektorlarının əliylə ünvanlı sosial yardım satışını həyata keçirir. Məlumat verən şəxslər bildirirlər ki, Həsrətov ondan yardım istəyən şəxsin damarına baxıb, «qanını» alır. Belə ki, kasıblar üçün ünvanlı sosial yardım almaq 800 manata, nisbətən imkanlılar üçün isə 1000 manata başa gəlir. 

Məlumatda vurğulanır ki, SMM direktoru başqa şəkildə müraciət edənlərin istəklərini qəbul etmir və bunun üçün min bir bəhanə uydurur. İddia olunur ki, direktor tələb olunan pulu verə bilməyənlərdən elə iradlar tutur ki, bu nə qanunda yazılıb, nə də qəbul edilməsi mümkün deyil. Məsələn, Zaqatalada 800 manat vermədiyi üçün kasıb ailənin evində elektrik sayğacının olmaması əsas götürülərək, ünvanlı sosial yardım verilməsi qadağan edilib. 

 Zaqatala sakinləri onu da vurğulayırlar ki, Nəsrulla Həsrətov təkcə bu işlərlə deyil, digər «əməliyyat»lart vasitəsiylə də pullar qazanır. Onların bir qismi ilə bağlı bilgi verilsə də, dəqiqləşdirmədən yaymamaq qərarına gəldik.

 

Redaksiyadan:  Qarşı tərəfi dinləməyə hazırıq. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam