Redaktor seçimi
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Günün xəbəri

Ayağını pəncərədən çıxaran sürücünün -vəsiqəsi əlindən alındı

 

 Azərbaycandakı magistral yollardan birində “Mersedes Vito” markalı mikroavtobusun sürücüsünün təhlükəli hərəkətləri ilə bağlı araşdırma yekunlaşıb.

Yenixeber.org:  Bu barədə  açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovnik-leytenantı Rüfət Quliyev bildirib.

Onun sözlərinə görə, 99-RB-822 dövlət nömrə nişanlı mikroavtobusun sürücüsü saxlanılıb:

“Məmmədov Anar Vidadi oğlu bu gün Mingəçevir şəhər məhkəməsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 511-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunub.

Sürücünün 20 gün inzibati həbs olunması və bir illik sürücülük vəsiqəsindən məhrum edilməsi qərarı çıxarılıb”.

Xatırladaq ki, bir neçə gün öncə “Mersedes Vito”nun sürücüsü sürətli yolda ayağını pəncərədən çıxararaq avtomobili idarə edib. Arxadan gələn avtomobildəki şəxs isə bunu lentə alıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam