Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Dövlət Yol Polisi “Son zəng”lə bağlı valideynlərə xəbərdarlıq edib

 

“Yol Patrul Xidməti iyunun 14-də gücləndirlimiş iş rejimində xidmət aparacaq.Təhlükəsizliyin təmin olunması məqsədi ilə “Son zəng” tədbirlərinin keçirildiyi ərazilərdəki yollar nəzəratə götürüləcək”


Yenixeber.org: Bunu açıqlamasında Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib.
O bildirib ki, sürücülük vəsiqəsi olmadan avtomobil idarə edən sürücülər barədə ciddi inzibati tədbirlər görüləcək: “Bir daha valideynlərə müraciət edərək bildiririk ki, sürücülük vəsiqəsi olmayan şəxslərə idarə etmək üçün avtomobillərin verilməsi “Yol hərəkəti haqqında” qanunun və İnzibati Xətalar Məcəlləsinin müvafiq madəsinin pozulmasıdır və inzibati xətadır. Eyni zamanda sürücülük vəsiqəsi olmadan avtomobillərin idarə edilməsi yol-nəqliyyat hadisələrinin yaranmasına səbəb ola bilər. Ona görə də valideynlər bunu nəzərə almalıdılar. Onlar sürücülük vəsiqəsi olmayan övladlarına idarə etmək üçün avtomobil verməsinlər. Bu təhlükəsizlik baxımından ciddi əhəmiyyət daşıyır”.
V.Əsədov əlavə edib ki, ötən il 11-ci snif şagirdinin sürcülük vəsiqəsi olmadan avtomobili idarə etməsi 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nqəliyyat hadisəsinə səbəb olmuşdu: “2015-ci ildə isə “Son zəng” tədbirləri zamanı məktəblinin sürcülük vəsiqəsi olmadan idarəetdiyi avtomobil ölümlə nəticələnən yol qəzası törətmişdi”.
İdarə rəsmisi vurğulayıb ki, “Son zəng” tədbirlərinin keçirildiyi təhsil müəssisələrinin yerləşdiyi küçə və prospektlərdə süni sıxlıq və tıxacların yaranmamsı üçün YPX əməkdaşları həmin ərazilərdə xidmət aparacaqlar: “Yollara bitikiş təhsil müəssisələri ətrafında yolun hərəkət hissəsinin 2-ci cərgəsində park etdirilən nəqliyyat vasitələrinin sürcüləri barədə də inzibati tədbirlər görüləcək. Dayanma-durma və parklanma tələblərinin düzgün yerinə yetirilməsi qanunun tələbidir, yol hərəkətində mədəniyyətin formalaşmasıdır. Bu, həm də digər yol hərəkəti iştikaçısının yoluna davam etməsinə mane olmamaqdır”.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam