Redaktor seçimi
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Günün xəbəri

Bakı metrosunun - rəhbərliyinə yeni ittihamlar

 İddialara görə, metroda maşinistlərə istirahət verilmədiyindən təhlükəli hallar yaşanır...

Yenixeber.org: Son zamanlar Bakı metrosunda ard-arda problemlər ortaya çıxır. Bununla bağlı redaksiyamıza da xeyli şikayətlər daxil olub. Qatarlarda havalandırma sisteminin olmamasından əziyyət çəkən sərnişinlər, üstəlik, təhlükəsizliklə bağlı problemlər yaşayırlar. Belə ki, son olaraq iyunun 18-də  metronun “Xalqlar Dostluğu” stansiyasında qatarların hərəkətində problem yaranıb. Nəticədə sərnişinlər çətin anlar yaşayıblar.

“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib ki, qatarda baş verən texniki nasazlıq nəticəsində təxminən 8 dəqiqəlik fasilə yaranıb: “İki qatar arasında olan intervalı da nəzərə alsaq, bu, 12-14 dəqiqəlik fasilə deməkdir. Texniki nasazlıq baş verən qatar stansiyada sərnişinləri boşaldıb və depoya yola salınıb. Onun yerinə isə xəttə əlavə qatar verilib”.

Yada salaq ki, hələ bu ilin mart ayında metropolitendə çalışan bir qrup şəxs redaksiyamıza gələrək, qurumun rəhbərliyinə qarşı sərt ittihamlar səsləndirmişdilər. Bildirmişdilər ki, hazırda metroda vəziyyət o qədər acınacaqlıdır ki, hər an ciddi qəza baş verə bilər. Buna səbəb kimi ilk növbədə texniki qaydaların pozulmasını göstərmişdilər. Daha sonra isə bildirmişdilər ki, rəhbərlik maşinistlərin sayını azaldıb ki, bu da başqa bir problemdir. Onların sözlərinə görə, maşinistlərin sayının az olması səbəbindən işçilər gecə 3-4 radələrində işə gəlməli olurlar. Yuxulu halda qatarı idarə etdikləri üçün tez-tez stansiyaları keçib, sərnişinlər üçün çətin vəziyyət yaradırlar. Təkcə mart ayında maşinistlər yuxusuzluq səbəbindən bir neçə dəfə stansiyada saxlamadan keçiblər...

Yenə də eyni məsələ ilə bağlı redaksiyamıza şikayətlər daxil olub. Bu dəfə də metropolitenin əməkdaşları bildiriblər ki, təkcə may ayında 5 dəfə qatarın qapıları açıq vəziyyətdə idarə halları yaşanıb. Bununla bağlı redaksiyamıza video da göndərilib. Videodan da açıq şəkildə görünür ki, qatar hərəkətdə olduğu zaman qapılar açıq qalıb. Hansı ki, həmin qapılardan aşağı hissədə qatarın yüksək gərginlikli elektriklə kontakt hissəsi yerləşir. Sərnişinlərdən birinin təsadüfən qapıdan yıxılması onun kül olması ilə nəticələnə bilər.

Şikayətçilər iddia ediblər ki, bu həftə ərzində bir neçə qatarda bu cür hadisə baş verib. İddialara görə, sonuncu dəfə iyunun 16-də “Əhmədli” stansiyasında bir maşinist qatarı saxlayıb, ancaq qapını açmayıb: “Ötən günlərdə ”Əhmədli" stansiyasından “Həzi Aslanov” istiqamətində hərəkət edən bir vaqonda 4 qapı açıq vəziyyətdə gedib. Bütün bunlar çox ciddi təhlükələrdir. Qapının aşağı hissəsində 825 volt elektrik var. Bu isə o deməkdir ki, həmin elektrikə dəyən adam yerindəcə kül olar. Bütün bunların səbəbi odur ki, maşinistlərə istirahət verilmir. Gecə saat 3-də, 4-də maşinist yuxudan durub, növbəyə gedir. İstirahət üçün də şərait yoxdur".

ÐаÑÑинки по запÑоÑÑ BÉxtiyar MÉmmÉdov

Bəxtiyar Məmmədov

 

Bütün bu ittihamlarla bağlı danışan “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, qatarlardakı qapı problemi ilə bağlı araşdırma aparılır: “Qatarın qapısının açıq vəziyyətdə hərəkət etməsi hadisəsi bu ayın 14-də baş verib. Bu hadisənin hansı səbəbdən baş verməsini öyrənmək üçün dərin araşdırma aparılır. Yalnız 1 qatarın 1 vaqonunda bu cür hadisə baş verib. Başqa günlərdə hansısa qatarda belə hadisə baş verməyib. Məndə bu barədə məlumat yoxdur. Məlumatı alan kimi mətbuata ötürürəm və ötürmüşəm. Bu, elə məsələdir ki, biganə qalmaq olmaz. İndi də araşdırma bu gündən etibarən başladılıb və yekun qərarı ictimaiyyətə açıqlayacağıq. Güman edirəm ki, qapıdakı problem texniki nasazlıqla bağlıdır. Ancaq bütün güman və nəzəriyyələr mütləq qaydada metropolitenin təlimat tələblərinə uyğun şəkildə araşdırılmalıdır. Bütün parametrlər üzrə məsələlər araşdırılır. Bunu sizə şikayət edənlər də bilirlər. Bu məsələ hansısa xroniki xəstəlik kimi eyni problemdən qaynaqlanmır. Ən böyük problem qapıların açılıb bağlanmaması ilə bağlı olur. Bunun da səbəbini zamanla müəyyənləşdirmək mümkündür. Hər bir şeyə detallı formada yanaşılır ki, bu problem təkrarlanmasın. Məsələdə insan faktorunun olub-olmaması da öyrənilir”.

Maşinistlərin yorğunluq məsələsi ilə bağlı B. Məmmədov aşağıdakıları deyib: “Bu ittihamları edənlərin özləri səmimi olsalar bilərlər ki, məsələ belə deyil. İstirahət saatlarına baxmaq olar. Elə qrafik qurulub ki, maşinist normal şəkildə istirahət edə bilir. 3 növbəli prinsipdir, 4-cü növbədə isə istirahət günüdür. Yəni hər bir maşinist işə çıxan zaman o, kifayət qədər istirahət etmiş olur. Problemi konkret olaraq maşinistə bağlamaq olmaz. Ona görə də biz yalnız dərin araşdırmamızdan sonra ictimaiyyətə geniş məlumat verəcəyik”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam