Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Bakı metrosunda həyəcanlı anlar – Sərnişinlər təxliyə olundu (VİDEO)

Bakı metrosunda həyəcanlı anlar– Sərnişinlər təxliyə olundu (VİDEO)

Ötən gün Bakı metrosunda həyəcanlı anlar yaşanıb.

Yenixeber.org:  xəbər verir ki, bu barədə hadisə şahidləri BAKU.WS-ə məlumat veriblər. Hadisə şahidlərinin sözlərinə görə, “Həzi Aslanov” stansiyasından “İçərişəhər” stansiyası istiqamətində hərəkət edən qatarda problem yaranıb.

Qatar “28 may” stansiyasında olarkən vaqonlardan birinin qapıları bağlanmayıb. Nəticədə qatardakı sərnişinlər düşürdülüb.

Hadisə barədə ətraflı məlumat almaq üçün Bakı Metropoliteni ilə əlaqə saxladıq. Qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov BAKU.WS-ə açıqlamasında bildirib ki, hadisə dünən saat 14:44-də baş verib.

“Dünən “Həzi Aslanov”-“İçərişəhər” istiqamətində hərəkət edən 14 saylı qatar “28 may” stansiyasında olarkən vaqonlardan birinin qapısında nasazlıq olub. Nəticədə qapı bağlanmayıb. Təlimata uyğun olaraq maşinist qapıya baxıb və qərar verib ki, bu hal təhlükəlidir və qatardakı sərnişinlər düşürdülüb. Qatar depoya göndərilib. Hadisə zamanı qrafikdə pozuntu olmayıb. Sadəcə arxadakı qatar 1-2 dəqiqə yubanıb”, - deyə B.Məmmədov bildirib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam